Ölkə futbolu
"Qəbələ" azarkeşləri Əliyar Ağayevi təhqir etdi
Topaz Premyer Liqasının 2-ci turunda baş tutan "Qəbələ"…
Topaz Premyer Liqasının 2-ci turunda baş tutan "Qəbələ" – "Sumqayıt" (1:0) oyunundan sonra gərgin anlar yaşanıb.
Futbolinfo.az "Sport24"-ə istinadla xəbər verir ki, matçdan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər qarşılaşmanın baş hakimi Əliyar Ağayevə sərt şəkildə etiraz ediblər.
Onlar referidən oyunları düzgün idarə etməyini istədiklərini bildiriblər. Ağayev cavabında səhvə yol vermədiyini, ədaləti qoruduğunu bildirdikdən sonra isə, fanatlar onu təhqir ediblər. Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.
Qeyd edək ki, Ağayevin idarəçiliyindən meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk da kəskin narazılığını bildirib.