Dünya futbolu
"Fənərbaxça" derbidə məğlubiyyətdən xilas oldu – VİDEO
Türkiyə Super Liqasında 2-ci tura start verilib.
Futbolinfo….
Türkiyə Super Liqasında 2-ci tura start verilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Beşiktaş” “Kasımpaşa”nın qonağı olub. "Qara qartal" matçın gedişində hesabda iki dəfə önə keçsə də, qələbə hesabını qoruyub saxlaya bilməyib – 2:2.
Əsas millimizin üzvü Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu “Bursaspor” isə bu gün meydana çıxın. Bursa təmsilçisi “Alanyaspor”u qəbul edib və bu rəqib üzərində çətin qələbəyə sevinib.
Günün digər matçında "Qalatasaray" səfərdə "Osmanlıspor"a qalib gəlib. "Başakşəhər"in səfərdə "Karabükspor"a məğlubiyyəti də diqqətçəkən olub.
Turun mərkəzi oyunu isə bazar günü keçirilib. “Fənərbaxça” “Trabzonspor”u qəbul edib. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası
2-ci tur
18 avqust
"Kasımpaşa" – "Beşiktaş" 2:2
Qol: Noymayr, 23. Trezeqe, 78 – Babel, 7. Taliska, 34.
19 avqust
"Karabükspor" – "Başakşəhər" 3:1
Qol: Torye, 29. Epureanu, 45-öz qapısına. Qrozav, 67 – Napoleoni, 21.
"Bursaspor" – "Alanyaspor" 3:2
Qol: Badu, 38. Batalya, 44. Delarge, 90 – Mbilla, 62. Vaqner, 67.
"Osmanlıspor" – "Qalatasaray" 1:3
Qol: S.Gürlər, 58 – Maykon, 14. Qomis, 31. T.Cigerci, 56.
"Sivasspor" – "Malatyaspor" 2:0
Qol: Kone, 42. Leandrinyo, 68.
20 avqust
"Kayserispor" – "Göztəpə" 1:0
Qol: Varela, 17.
"Antalyaspor" – "Akhisar" 2:2
Qol: Karabulut, 18. Maykon, 77 – Serjinyo, 5. Yumlu, 85.
"Fənərbaxça" – "Trabzonspor" 2:2
Qol: A.Potuk, 45. Valbuena, 84-pen. – B.Yılmaz, 5. O.Şahan, 56.
21 avqust
22:45 "Konyaspor" – "Gənclərbirliyi"
–
–
–
–