Dünya futbolu
"Roma"nın forvardı Meksika klubunda – FOTO
İtaliyanın "Roma" kubunun hücumçusu Xuan Manue…
İtaliyanın "Roma" kubunun hücumçusu Xuan Manuel İturbe karyerasını Meksikada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, paraqvaylı futbolçu "Tixuana" klubuna icarəyə verilib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İcarə müqaviləsinin müddəti 2018-ci ilin 30 iyununa qədərdi.
İturbe "Roma"ya 2014-cü ildə "Kyevo"dan transfer olunub. O, paytaxt klubunda 68 oyun keçirib, 5 qol vurub.
Bir müddət Paraqvay yğmasında da oynayan 24 yaşlı futbolçu karyerası ərzində "Sportivo Trinidense", "Serro Porteno", "Portu", "River Pleyt", "Verona" və "Bornmut" komandalarının da şərəfini qoruyub.