Ölkə futbolu
“Qəbələ”də üçüncü itki
Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ&rdqu…
Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ”ın qonağı olacaq “Qəbələ”nin heyətlə bağlı problemləri artıb.
Futbolinfo.az xəbər verir ki, İlqar Qurbanovla yanaşı, “qırmızı-qaralar”ın daha bir futbolçusu çempiona qarşı oynaya bilməyəcək.
Söhbət Elvin Məmmədovdan gedir. Təcrübəli yarımmüdafiəçi “Sumqayıt”la görüşdə dabanından zədələnib. Tibbi müayinədən keçən futbolçunun “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.
Bundan başqa, Cavid Hüseynov da komandadan ayrı düşüb. Sağlamlığı ilə bağlı problemlə üzləşən kapitanın “Qarabağ”la qarşılaşmada meydana çıxacağı inandırıcı görünmür.
Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Qarabağ” –“Qəbələ” matçı saat 20:30-da start götürəcək. Apasport