Ölkə futbolu
“Qarabağ” ONun arzusunda
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Kop…
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə Danimarkadakı oyunu “Qarabağ” üçün əlamətdar ola bilər.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın beşqat çempionu qitənin ən nüfuzlu klub turnirində yubileyin astanasındadı. Belə ki, Ağdam klubu Çempionlar Liqasında 9 qələbə qazanıb. Növbəti uğur sayca 10-cu olacaq.
Yubiley qələbəsini əldə etmək üçün “Qarabağ” Bakıda 1:0 hesabı ilə yendiyi rəqibi üstələməlidi. Ağdamlılar bunu bacarsa, 18-ci oyunda “10”a çatacaq.
Təmsilçimiz indiyədək bu turnirdə 6 heç-heçə edib və 2 dəfə uduzub. Rəqib qapısına 20 qol vuran “Qarabağ” 6 top buraxıb. Apasport