Ölkə futbolu
Prosineçki haradadı?
Milli komandamızın baş məşqçisi Robert Prosineçki A…
Milli komandamızın baş məşqçisi Robert Prosineçki AFFA-ya, futbolumuza hörmətsiz davranışını davam etdirir, funksionerlər isə günah sahibiymiş, gözükölgəliymiş kimi susur. “Bursaspor”a buraxlmadığı üçün küsən və bunu nümayişkaranə şəkildə göstərən xorvata kimsə “gözün üstə qaşın var” deyə bilmir.
Futbolinfo.az xəbər verir ki, Prosineçkinin dünən baş tutan “Neftçi” – “Kəpəz” oyununa gələcəyi və milli üzvlərini izləyəcəyi deyilirdi. Lakin xorvat yenə köməkçilərini “Bakcell Arena”ya göndərdi, özü isə onun üçün ayrılan lüks şəraitli mənzilində vaxt öldürdü. Robertin bugünkü mərkəzi oyuna, “Qarabağ” – “Qəbələ” qarşılaşmasına gələcəyi deyilir. Lakin onun işə münasibətindən anlaşılır ki, yenə bu addımı atmayacaq.
Gözə dəymədiyi, mətbuatdan qaçdığı üçün Prosineçkinin ümumiyyətlə, Bakıda olmadığı, qarşıdakı oyunlar üçün heyəti də köməkçilərinin açıqladığı haqda şaiyələr dolaşır. AFFA bu məsələlərə reaksiya vermir, susqunluğunu qoruyur. Mətbuatda məşqçinin qızı zəhərləndiyi üçün ölkəmizə səfərinin dünənə kimi ertələndiyi haqda yazılanları da assosiasiya təsdiq etməyib.
“Futbolinfo” dünən özəl mənbələrdən bütün deyilənləri alt-üst edən xəbər aldı. Belə ki, millinin baş məşqçisi avqustun 19-dan etibarən Bakıdadı, amma AFFA-ya getmir, yığmanın toplanışının başlamasını gözləyir. Öz evinə çəkilən xorvat heç kimlə kəlmə kəsmir, müqaviləsinin bitməsi üçün qalan zamanı gözləyir. Sadəcə, maaşını alıb, dekabra kimi səbr edəcək Robert ölkə futbolu ilə maraqlanmağı özü üçün lazımsız hesab edir.
Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Lakin Müşahidə Şurasının üzvü olduğu, idarə etdiyi “Kəpəz”in oyunlarında görünməsinə rəğmən, AFFA-dakı işində məzuniyyətdə olduğunu bildirən qurum rəsmisi danışmaq istəmədi. Mikayıl bəy bizə mətbuat xidmətinin digər əməkdaşlarından məsələyə münasibət öyrənməyi məsləhət bildi, lakin bunu da biz istəmədik. Çünki şöbənin digər işçiləri də hansısa klubda çalışır, vəzifə sahibləridi. Yəqin ki, onlar da sualımıza dəqiq cavab verə bilməyəcəkdi.
İstənilən halda, Bakıda olan Prosineçkinin gözə görünməməsi, sadəcə, qaranlığa çəkilməsi xoşagələn deyil. Onun milli komandaya hansı dərəcədə can yandıracağı da sual doğurur. Aylıq 200 min avro maaşa layiq bilinən birisi bu pulu evində yatdığı üçün qazanır. Ölkə futbolunu idarə edənlərin ağlına quzu kəsim…
FƏRİD
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var