Ölkə futbolu
Rusiyalı mütəxəssis: "Püşk “Qarabağ”ın üzünə gülmədi"
Moskva “Spartak”ının sabiq hücumçusu Vladimi…
Moskva “Spartak”ının sabiq hücumçusu Vladimir Besçastnıx bu komandanın Çempionlar Liqasının qrup mərhələsindəki şansını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında sabiq klubunun şansını dəyərləndirərkən, təmsilçimiz “Qarabağ” barədə də danışıb. Besçastnıx Ağdam klubunun püşkatmada bəxtinin gətirmədiyini deyib:
“Püşk kimin üzünə gülmədi? Birmənalı şəkildə “Qarabağ”ın! “Çelsi”, “Atletiko” və “Roma” ilə matçlarda onların heç bir şansı yoxdu. “Spartak” isə rəqiblərini məğlub etməyə borcludu. Düzdü, bu mərhələdə zəif rəqib olmur, ancaq “Liverpul”, “Sevilya” və “Maribor”a qalib gəlmək mümkündü”.
Besçastnıx hazırda Rusiya Premyer Liqa təmsilçisi “Tosno”da köməkçi məşqçi kimi çalışır.