Dünya futbolu
Bundesliqada 2-ci tura yekun vuruldu – VİDEO
Futbol üzrə Almaniya çempionatında 2-ci tura yekun vurul…
Futbol üzrə Almaniya çempionatında 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Köln” “Hamburq”u qəbul edib. Dörd qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram ediblər.
Çempion “Bavariya” ikinci oyun günündə meydana çıxıb. Münhen təmsilçisi “Verder”in qonağı olub və Levandovskinin dublu sayəsində inamlı qələbəyə sevinib.
Dortmund "Borusiya"sı da "Herta" üzərində inamlı qələbə qazanıb.
Son gündə "Leypsiq" "Frayburq"u darmadağın edibsə, "Şalke" də səfərdə "Hannover"ə məğlub olub.
Almaniya Bundesliqası
2-ci tur
25 avqust
"Köln" – "Hamburq" 1:3
Qol: Sorensen, 90 – Han, 28. Vud, 34. Holtbi, 90.
26 avqust
"Bayer" – "Hoffenhaym" 2:2
Qol: Vendell, 32-pen. Bellarabi, 49 – Kramariç, 47. Ut, 70.
"Ayntraxt" – "Volsfburq" 0:1
Qol: Didavi, 22.
"Auqsburq" – "Borussiya" (Münhenqladbax) 2:2
Qol: Finnboqason, 1. Kordova, 89 – Zakariya, 7. Vendt, 30.
"Verder" – "Bavariya" 0:2
Qol: Levandovski, 72; 75.
"Ştutqart" – "Maynts" 1:0
Qol: Badştuber, 53.
"Borussiya" (Dortmund) – "Herta" 2:0
Qol: Obameyanq, 15. N.Şahin, 57.
27 avqust
"Leypsiq" – "Frayburq" 4:1
Qol: Verner, 48; 71. Orban, 55. Bruma, 80 – Niderlexner, 23.
"Hannover" – "Şalke" – 1:0
Qol: Jonatas, 67.
–