Dünya futbolu
"Fənərbaxça"dan ilk qələbə, "Başakşəhər" büdrədi – VİDEO
Futbol üzrə Türkiyə çempionatında 3-cü tura y…
Futbol üzrə Türkiyə çempionatında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub. “Alanyaspor” “Karabükspor”u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. “Qalatasaray” isə “Sivasspor”u qəbul edib və rəqibini darmadağınla yola salıb.
Millimizin hücumçusu Dəniz Yılmaz və gənclər yığmamızın futbolçusu Ozancan Kökcünün şərəfini qoruduğu “Bursaspor” ikinci oyun günündə meydana çıxıb. “Timsahlar” səfərdə son çempion “Beşiktaş”ın qonağı olublar. Qarşılaşma "qartallar"ın çətin qələbəsi ilə başa çatıb.
"Göztəpə" isə 5 qolun vurulduğu "Trabzonspor"la ev oyununda 3 xala sevinən tərəf olub.
Son oyun günündə "Başakşəhər" "Konyaspor"a doğma meydanda, "Fənərbaxça" isə "Gənclərbirliyi"nə səfərdə qalib gəlib. "Kasımpaşa" da səfərdə "Akhisar"a uduzub.
Türkiyə Super Liqası
3-cü tur
25 avqust
"Alanyaspor" – "Karabükspor" 1:1
Qol: Akbaba, 90 – Fofana, 29-öz qapısına.
"Qalatasaray" – "Sivasspor" 3:0
Qol: T.Cigerci, 42; 71. Qomis, 83-pen.
26 avqust
"Beşiktaş" – "Bursaspor" 2:1
Qol: Toşiç, 18. Hatçinson, 64 – Delarqe, 23.
"Yeni Malatyaspor" – "Antalyaspor" 1:1
Qol: Butaib, 87 – Nəsri, 20.
"Göztəpə" – "Trabzonspor" 3:2
Qol: Bingol, 26. Gilas, 44. Yahoviç, 67 – Kuçka, 9. Rodalleqa, 45.
"Kayserispor" – "Osmanlıspor" 2:2
Qol: Varela, 14. Mendeş, 87. Dukara, 15. M.Çağıran, 77.
27 avqust
"Başakşəhər" – "Konyaspor" 2:1
Qol: Visça, 58. Tekdemir, 82 – Skubiç, 88.
"Akhisar" – "Kasımpaşa" 2:1
Qol: Bayram, 79. Ataseven, 87 – Rangel, 90-pen.
"Gənclərbirliyi" – "Fənərbaxça" 1:2
Qol: Oğuz, 37 – Pehlivan, 20-öz qapısına. Tufan, 67.