Dünya futbolu
“Milan”la “Napoli” qalib gəldi, "Fiorentina" uduzdu – VİDEO
Futbol üzrə İtaliya çempionatında 2-ci tura yekun vurul…
Futbol üzrə İtaliya çempionatında 2-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.
Həftənin mərkəzi oyunu ilk günə təsadüf edib. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” evdə “İnter”lə qarşılaşıb. Dörd qolun vurulduğu oyun "canavarlar"ın məğlubiyyəti ilə başa çatıb.
Çempion “Yuventus” “Cenoa”nın qonağı olub. Turin təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib.
Son gündə "Milan" doğma meydanda "Kalyari"yə, "Napoli" də "Atalanta"ya qalib gəlib. "Fiorentina" "Sampdoriya" ilə ev oyunundan məğlub ayrılıb. "Latsio" isə səfərdə "Kyevo"dan üstün olub.
İtaliya A Seriyası
2-ci tur
26 avqust
"Benevento" – "Bolonya" 0:1
Qol: Donsah, 55.
"Cenoa" – "Yuventus" 2:4
Qol: Pyaniç, 1-öz qapısına. Qalabinov, 7 – Dibala, 14; 45-pen. 90. Kuadrado, 62.
"Roma" – "İnter" 1:3
Qol: Dzeko, 15 – İkardi, 67; 77. Vesino, 87.
27 avqust
"Torino" – "Sassuolo" 3:0
Qol: Belotti, 44. Lyayiç, 84. Obi, 88.
"Milan" – "Kalyari" 2:1
Qol: Kutrone, 10. Suso, 70 – Pedro, 56.
"Kyevo" – "Latsio" 1:2
Qol: Puççiarelli, 34 – İmmobile, 11. Saviç, 89.
"Krotone" – "Verona" 0:0
"Fiorentina" – "Sampdoriya" 1:2
Qol: Badel, 50 – Kaprari, 32. Kvalyarella, 35-pen.
"Napoli" – "Atalanta" 3:1
Qol: Zelinski, 56. Mertens, 61. Roq, 87 – Kristante, 15.
SPAL – "Udineze" 3:2
Qol: Boryello, 25. Latsari, 54. Ritso, 90 – Neytink, 72. Tero, 87-pen.
–
–