Ölkə futbolu
Azərbaycanlı qapıçı İsveç klubunda
Ötən mövsümü “Kəpəz”də keçi…
Ötən mövsümü “Kəpəz”də keçirən qapıçı Eyyub Əliyev İsveçə köçüb.
Futbolinfo.az xəbər verir ki, gənc çərçivə qoruyucusu bu ölkənin aşağı dəstə təmsilçisi “Lüksel” klubu ilə müqavilə imzalayıb.
Əliyev bu komanda ilə 5 oyunluq sözləşməyə qol çəkib. Bu barədə futbolçu “Sport24”-ə məlumat verib: “Mən hələlik aşağı liqadayam. Burada çempionatın sonuna 5 tur qalıb. Liqa bitdikdən sonra müqaviləm başa çatacaq. Özüm birinci divizion klublarından biri ilə müqavilə imzalayacağam”.