Dünya futbolu
"Napoli"nin futbolçuları "Sampdoriya"da
İtaliyanın "Sampdoriya" klubu Avropada "transfer pən…
İtaliyanın "Sampdoriya" klubu Avropada "transfer pəncərəsi" bağlanana qədər daha bir neçə transfer həyata keçirib.
Futbolinfo.az xəbər verir ki, Genuya təmsilçisi A Seriyasının digər təmsilçisi "Napoli"də çıxış edən Duvan Sapata və İvan Striniçi heyətinə qatıb. Bu barədə "Sampdoriya"nın rəsmi saytı məlumat yayıb. Sapata Neapol təmsilçisindən bir mövsümlük icarəyə götürülüb. Striniç isə azad agent kimi transfer olunub. Amma müqavilənin müddəti və digər detalları açıqlanmır.
30 yaşlı xorvatiyalı Striniç sol cinah müdafiəçisidi. Xorvatiya yığmasında 40-dan çox oyun keçirmiş futbolçu karyerası ərzində "Le Man", "Hrvatski Draqovolyaç", "Hajduk", "Dnepr" klublarında da forma geyinib. 26 yaşlı kolumbiyalı Sapata isə hücumçudu. O, "Napoli"də 2013-cü ildən çıxış edir. "Amerika de Kali" klubunun yetirməsi olan futbolçu "Estudiantes"də də oynayıb.
"Sampdoriya"nın heyətinə qatdığı futbolçulardan daha biri xorvatiyalı Bojo Mikuliçdi. 20 yaşlı mərkəz müdafiəçisi "RNK Split" klubunun yetirməsidi. Ölkəsinin gənclərdən ibarət yığmasının üzvü olan futbolçu ötən il "İmotski"də icarədə oynayıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”