Dünya futbolu
"Real Sosyedad" rəqib tanımır – VİDEO
Futbol üzrə İspaniya La Liqasında 3-cü tur davam edir.
…
Futbol üzrə İspaniya La Liqasında 3-cü tur davam edir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Leqanes” “Xetafe”ni qəbul edib. Üç qolun vurulduğu oyunda qələbəni qonaqlar bayram ediblər.
Çempion “Real” ikinci oyun günündə meydana çıxıb. “Kral klubu” “Levante” ilə üz-üzə gəlib və gözlənilmədən xal itkisi ilə üzləşib.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko” isə “Valensiya”nın qonağı olub və qolsuz bərabərliyə razılaşıb.
İkinci oyun günündə Barselona derbisi də baş tutub. “Barselona” “Nou Kamp”da şəhərin digər təmsilçisi “Espanyol”u qəbul edib və 5 cavabsız qolla qalib gəlib.
Üçüncü matç günündə əvvəlki iki turu qələbə ilə başa vuran "Real Sosyedad" səfərdə "Deportivo"nu məğlub edib və zirvədəki mövqeyini qoruyub. "Atletik" "Jirona"nı, "Selta" "Alaves"i, "Vilyarreal" isə "Betis"i məğlub yola salıb.
İspaniya La Liqası
3-cü tur
8 sentyabr
“Leqanes” – “Xetafe” 1:2
Qol: Qerrero, 65 – Arambarri, 39. Ximenes, 83.
9 sentyabr
“Real” – “Levante” 1:1
Qol: Vaskes, 36 – Lopes, 12.
“Valensiya” – “Atletiko” 0:0
“Sevilya” – “Eybar” 3:0
Qol: Qanso, 46. Yedder, 76. Nolito, 90.
“Barselona” – “Espanyol” 5:0
Qol: Messi, 26; 35; 67. Pike, 87. Suares, 90.
10 sentyabr
“Deportivo” – “Real Sosyedad” 2:4
Qol: Lopes, 27. Andone, 50 – Xuanmi, 3. İlyaramendi, 4; 86. Lyorente, 83.
“Atletik” – “Jirona” 2:0
Qol: Muniayn, 25. Aduris, 53.
“Selta” – “Alaves” 1:0
Qol: Qomes, 34.
“Vilyarreal” – “Betis” 3:1
Qol: Bakka, 32. Kastilyexo, 61. Ünal, 77 – Leon, 11.
11 sentyabr
23:00 “Malaqa” – “Las Palmas”
–
–
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”