Dünya futbolu
“Nyukasl” səfərdə məğlub oldu – VİDEO
Futbol üzrə İngiltərə çempionatında 6-cı tur davam e…
Futbol üzrə İngiltərə çempionatında 6-cı tur davam edir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Vest Hem” “Tottenhem”i qəbul edib. Qonaqlar bu oyundan çətin qələbə ilə ayrılıblar.
Lider “Mançester Siti” cari mövsümdə hələ də xal üzünə həsrət qalan və turnir cədvəlinin son pilləsində qərarlaşmış “Kristal Pelas”ı qəbul edib. "Şəhərlilər" 5 cavabsız qolla qalib gəliblər.
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Çelsi” isə “Stok Siti”nin qonağı olub və darmadağına imza atıb.
MY də "Sauthempton"la səfər matçında minimal hesabla üstün olub.
Beş qolun vurulduğu "Lester" – "Liverpul" oyununda da qonaqlar qələbəni bayram ediblər.
İkinci oyun günündə bir görüş baş tutub. Səfərdə “Brayton”la qarşılaşan “Nyukasl” minimal hesabla məğlub olub.
İngiltərə Premyer Liqası
6-cı tur
23 sentyabr
“Vest Hem” – “Tottenhem” 2:3
Qol: Hernandes, 65. Kuyate, 87 – Keyn, 34; 38. Eriksen, 60.
“Bernli” – “Haddersfild” 0:0
“Everton” – “Bornmut” 2:1
Qol: Niasse, 77; 82 – Kinq, 49.
“Mançester Siti” – “Kristal Pelas” 5:0
Qol: Sane, 44. Sterlinq, 51; 59. Aquero, 79. Delf, 89.
“Sauthempton” – “Mançester Yunayted” 0:1
Qol: Lukaku, 20.
“Stok Siti” – “Çelsi” 0:4
Qol: Morata, 2; 77; 82. Pedro, 30.
“Suonsi Siti” – “Uotford” 1:2
Qol: Abraham, 56 – Qrey, 13. Riçarlison, 90.
“Lester Siti” – “Liverpul” 2:3
Qol: Okazaki, 45. Vardi, 69 – Salah, 15. Koutinyo, 23. Henderson, 68.
24 sentyabr
“Brayton” – “Nyukasl” 1:0
Qol: Hemed, 51.
25 sentyabr
23:00 “Arsenal” – “Vest Bromviç”