Dünya futbolu
Millimizin forvardı hücuma məruz qaldı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Dəniz …
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın “Bursaspor” klubunda işləri yolunda getmir.
Futbolinfo.az xəbər verir ki, Bursada ən çox tənqid olunan futbolçu yenidən azarkeşlərlə üz-üzə qalıb. Super Liqanın 7-ci turunda “Kayserispor”un qonağı olan “ağ-yaşıllar”da Pablo Martin Batalyanın xidmətindən məhrum qalan baş məşqçi Pol Le Quen bu boşluğu məhz yığmamızın üzvü ilə doldurmağa çalışıb. Amma fransalı mütəxəssis bu addımına görə azarkeşlərin sərt tənqidinə məruz qalıb.
“Bursaspor”un 1:3 hesabı ilə uduzduğu oyunda heç nə ilə yadda qalmamasına baxmayaraq, 90 dəqiqə meydanda qalan Dəniz yenə azarkeşlərin hücumuna məruz qalıb. Komanda Bursaya dönərkən Kayseri Hava Limanında azarkeşlər zəif oyuna görə ona etiraz edib və üzərinə şığıyıblar. Lakin klub rəsmiləri araya girərək, onları sakitləşdirməyi bacarıb. Klubun fanatları Dənizi oynatdığına görə Pol Le Quenə də təzyiq göstəriblər.