Dünya futbolu
“Atletiko” – “Qarabağ” matçı 150 avroya
“Atletiko” Çempionlar Liqasının qrup mərhələsi…
“Atletiko” Çempionlar Liqasının qrup mərhələsində evdə keçirəcəyi oyunların biletlərini satışa çıxarıb.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ” və “Roma” ilə qarşılaşmanı izləmək istəyən Madrid təmsilçisinin azarkeşləri bu gündən bilet ala bilərlər. Oktyabrın 31-də Azərbaycan çempionu ilə 4-cü tur matçını izləmək istəyən fanatlar 10-150 avro arası xərcə düşməlidilər. Madridlilər noyabrın 22-də 5-ci tur çərçivəsində “Roma”nı qəbul edəcəklər ki, bu oyunun biletlərinin qiyməti 30 avrodan başlayır. İtaliyalılarla görüş üçün ən bahalı bilet isə 180 avro dəyərində göstərilib.
Qeyd edək ki, “Vanda Metropolitano” stadionunda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.