Dünya futbolu
“Türkiyə yığmasından aldığım təklifi rədd etdim”
İngilis mütəxəssis Sem Ellardays Türkiyə yığmasının …
İngilis mütəxəssis Sem Ellardays Türkiyə yığmasının çalışdırmaqdan imtina edib.
Futbolinfo.az xəbər verir ki, o, bu barədə Britaniya mətbuatına açıqlamasında özü məlumat verib. 62 yaşlı mütəxəssis bildirib ki, bu yay Türkiyə Futbol Federasiyanın rəhbərliyi ona belə bir təkliflə müraciət edib. Amma o, yenidən baş məşqçi kimi çalışmağa tələsmədiyini bildirərək, bu dəvəti qəbul etməyib.
Ellerdaysın son iş yeri İngiltərənin “Kristal Pelas” klubu olub. O, ötən ilin sonundan çalışdırdığı bu komanda ilə yollarını bu ilin may ayında ayırandan bəri işsizdi.
Hazırda Türkiyə yığmasını rumıniyalı mütəxəssis Mirça Luçeski çalışdırır. O, bu yay istefaya göndərilən Fatih Terimi əvəz edib.