Bizi izləyin

Müsahibə

Elxan Məmmədov: “Premyer Liqada 12 komanda reallıq yox, arzudu”

AFFA-nın baş katibi Elxan Məmmədov millinin Çexiya ilə oyu…

blank

AFFA-nın baş katibi Elxan Məmmədov millinin Çexiya ilə oyundan öncəki açıq məşqi zamanı jurnalistlərin o suallarını cavablandırıb. 

Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:

– Millinin son ev oyunudu, bununla bağlı nə deyə bilərsiniz?
– Bizim üçün çox önəmli matçdı. Doğma meydanda son qarşılaşma olduğu üçün komandamız xüsusi motivasiya ilə çıxacaq. Bundan əlavə, kapitanın da son oyunudu. Millimiz həm də buna görə məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri də sevindirməlidi. Ümidi edirik ki, yığma sabah yaxşı oyun göstərəcək və 3 xal qazanmağa çalışacaq.
 
– Siz Rəşad Sadıqovun yerinə kimi namizəd görürsünüz milli komandada?
– Məşqçidən çox şey asılıdır. Yeni tsikl başlayana qədər oyunçular özünü göstərməlidir. O zaman bəlli olacaq ki, kim oynayacaq onun yerində.
 
– Sizə elə gəlmir ki, çox çətin olacaq? Ölkə çempionatında çıxış edən klublarda müdafiəçilər əsasən legionerlərdir…
– Baxaq da, gələcək göstərəcək.
 
– Sabah İK-nın iclasında müzakirə olunacaq məsələlər arasında Prosineçkinin aqibəti də varmı?
– Sabahkı iclasın gündəliyi artıq bəllidi. Əsas müzakirə mövzusu Regional Liqa olacaq. Lisenziyalaşdırma ilə bağlı da bir sıra məsələlərdən danışılacaq. Baş məşqçi ilə bağlı heç bir müzakirə olmayacaq. Çünki qarşıda hələ iki oyun var. Bu oyunlardan sonra İK-nın növbəti iclası olacaq, o zaman gözlənilir ki, baş məşqçi məsələsi də gündəmə gəlsin.
 
– Planda noyabrda yoxlama görüşü keçirmək varmı?
– Əslində iki oyun başa çatdıqdan sonra qərar qəbul etmək istəyirdik. Bir tərəfdən də düşünürük ki, yoldaşlıq oyununa görə futbolçuları yükləmək düzgün deyil, nəzərə alaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayır. Ancaq yenə də məşqçilər öz aralarında danışıb bizə bildirəcəklər. Oynamaq istəsələr, biz də rəqib axtarışına çıxacağıq.
 
– Bəzi klublar legioner limiti ilə bağlı narazılıq edirlər. Bu barədə bir dəyişiklik gözlənilirmi?
– Hazırda belə bir şey yoxdu gündəmdə. Son illər 6+5 sistemi qüvədədir və təcrübə göstərir ki, bu, öz müsbət təsirini verir. Yadınızdadırsa, 2008-də 0-dan başladıq, ümumiyyətlə limit yox idi. Sonradan hər iki ildən bir limit tətbiq etməyə başladıq və bundan sonra “Neftçi”, “Qəbələ”, “Qarabağ” AL-də, ÇL-də qruplara düşdü, millimiz yaxşı nəticələr göstərməyə başladı. O cümlədən, 21 yaşadək futbolçularımız da yaxşı çıxış etməyə başladılar. Bu, həm də FİFA tərəfindən tövsiyə olunan sistemdir.
 
– Regional Liqada neçə komanda olacaq?
– Alternativ variantlar var. Sabah müzakirə olacaq. Bir neçə mexanizm tətbiq oluna bilər. Ola bilsin ki, 4 liqa olsun və sonra final mərhələsi keçirilsin. Yaxud bir liqa ola bilər, ev-səfər prinsipi ilə oynayarlar.
 
– Mükafat məsələsi də var idi. Düşünmürsüz ki, bu, I divizion klublarının da ora can atmasına səbəb ola bilər?
– Orda mükafat olması haqqında sabah təklif olacaq. Ancaq onu da unutmayaq ki, bu, pilot layihədi. İstəyirik ki, bölgə komandalarını bura cəlb edək. Daha bir stimullaşdırma faktı da Regional Liqada çempion olacaq komandanın I diviziona vəsiqə qazana bilməsidir.
 
– Ramin Musayev müsahibəsində bildirmişdi ki, gələn ildən Premyer Liqada 12 komanda iştirak edəcək. Bu, nə dərəcədə realdır?
– Bu, sadəcə, bizim arzumuzdur. İlk növbədə 8-dən 10-a qalxaq, sonra da 12-ə yüksələk. Hələlik, heç bir müraciət almamışıq.
 
– Birinci divizionun 3 dövrəli olması məsələsi də var. Bu üsulla komandalar razılaşacaqlarmı?
– Razı salacağıq. Artıq bəzi komandalarla danışmışıq. Fikirlərini öyrənmişik. Biz həm də çalışırıq ki, əlavə bir kubok yarışı keçirək. Ola bilər ki, bu, paytaxt kuboku olsun. Ya da hansısa sponsor olsa, adı başqa ola bilər. Əsas məqsəd budur ki, əlavə oyunlar olsun.
 
– Premyer Liqada iştirakçıların sayının artırılması planlaşdırılırsa, onda aşağı dəstəyə heç bir komandanın düşməyəcəyini fikirləşmək olarmı?
– İndidən nəsə demək çətindi. I divizionun şərtlərini də nəzərə almalıyıq. Birinci yer tutan komanda lisenziya ala bilməsə, biz onu elitaya buraxa bilmərik. (Apasport)

Reklam

Reklam


blank
Ölkə futbolu2024-07-27 01:16

Hüseynovun komandasından yeni mövsümdə ilk qələbə

blank
Ölkə futbolu2024-07-26 23:54

“Şamaxı” serbiyalı futbolçu transfer etdi

blank
Ölkə futbolu2024-07-26 23:00

“Turan Tovuz” Türkiyə toplanışını yekunlaşdırdı

blank
Ölkə futbolu2024-07-26 22:22

“Zaqatala”dan Belarus klubuna

blank
Ölkə futbolu2024-07-26 21:36

“Kəpəz”dən darmadağın

blank
Digər idman növləri2024-07-26 20:00

Gənc cüdoçular Berlin Avropa Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-07-26 19:11

“Şamaxı”dan növbəti qələbə

blank
Dünya futbolu2024-07-26 18:55

“Çelsi”nin futbolçusu Fransa klubunda

blank
Ölkə futbolu2024-07-26 18:29

“Səbail”in keçmiş futbolçusu 2-ci Liqa klubunda

blank
Digər idman növləri2024-07-26 18:15

Dünya çempionuna 10 yerlik cəza

blank
Digər idman növləri2024-07-26 18:00

Parisdə şübhəli bilinən rusiyalı

blank
Ölkə futbolu2024-07-26 17:42

“Kəpəz” üçün daha bir tərəfdaş

blank
Müsahibə2024-07-26 17:25

Veşoviç: “Ev oyununda da qalib gəlmək istəyirik”

blank
Dünya futbolu2024-07-26 17:11

“Napoli”ni “Everton”a dəyişdi

blank
Digər idman növləri2024-07-26 16:54

Paris Olimpiadasının büdcəsi açıqlandı

blank
Ölkə futbolu2024-07-26 16:36

“Sabah” legioneri ilə vidalaşdı

blank
Ölkə futbolu2024-07-26 16:31

Umudluya yeni təyinat

blank
Digər idman növləri2024-07-26 16:17

Tarixdə ilk dəfə – Olimpiadada milyarder iştirak edəcək

blank
Dünya futbolu2024-07-26 16:00

Superkubok matçını idarə edəcək hakim bəlli oldu

blank
Digər idman növləri2024-07-26 15:42

ESPN 21-ci əsrin ən güclü MBA oyunçularını açıqladı

blank
Ölkə futbolu2024-07-26 15:30

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-07-26 15:24

Elvin Yunuszadə “Qəbələ”də?

blank
Ölkə futbolu2024-07-26 15:07

Erməni futbolçu Bakıya gələcəkmi?

blank
Dünya futbolu2024-07-26 14:52

Argentinalı futbolçu oğurluğun qurbanı oldu

blank
Digər idman növləri2024-07-26 14:37

Paris-2024: Azərbaycan sablyaçısının ilk rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-07-26 14:22

Birinci Liqa klubu iranlı futbolçu ilə müqavilə bağladı

blank
Ölkə futbolu2024-07-26 14:11

AFFA Hakimlər Komitəsi belçikalıya tapşırıldı

blank
Digər idman növləri2024-07-26 14:03

Fransalı atlet hicaba görə açılış mərasiminə buraxılmadı

blank
Ölkə futbolu2024-07-26 13:46

Azərbaycan karateçiləri üçün Rusiya sınağı

blank
Digər idman növləri2024-07-26 13:30

Açılış mərasimi ilə bağlı mətbuat konfransı ləğv edildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm