I Liqa
“Bizi yalnız 3 xal qane edəcək”
Oktyabrın 8-də Birinci Divizionda 2-ci tur çərçivəsi…
Oktyabrın 8-də Birinci Divizionda 2-ci tur çərçivəsində səfərdə "Mil-Muğan"la qarşılaşacaq “Binə” bu oyuna hazırlığı yekunlaşdırıb.
Futbolinfo.az xəbər verir ki, bu gün oyun öncəsi son məşqini keçirən binəlilər artıq İmişli şəhərindədi. Baş məşqçi Mehman Babayev həm ilk oyun, həm də "Mil-Muğan"a qarşı keçirəcəkləri növbəti matç barədə öz fikirlərini bildirib:
"Futbolçularım ilk oyunda qələbəni çox istəyirdi. Bu istək o qədər çox idi ki, sonda komandamızın oyununa mənfi təsir göstərdi. Birinci hissə zəif oynadıq. İkinci hissədə daha çox hücum edən tərəf biz olduq. Əsasən cinahdan hücumlara üstünlük verdik. Qapıya zərbələrimiz həddən artıq az oldu, son öütürmələrimiz alınmırdı. Sadaladığım səbəblər də məğlubiyyətimizdə birbaşa rol oynadız”.
“İmişliyə 3 xal üçün gedirik. Bu oyunda bizi yalnız qələbə qane edə bilər. Bölgə komandaları öz meydanlarında heç vaxt zəif olmurlar. İstər-istəməz bizə çox çətin olacaq. Rəqibin "Xəzər" ilə Bakıdakı oyununa baxdım. Düşünürəm ki, doğma azarkeşləri önündə oyunları tam fərqli olacaq. Yaxşı kollektivləri var. Amma bizi yalnız 3 xal qane edəcək”.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi