Dünya futbolu
Aqolli İtaliyaya qarşı 90 dəqiqə oynadı
Azərbaycan çempionu “Qarabağ”ın futbolçus…
Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin heyətində növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, onun komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda İtaliya ilə qarşılaşıb. Aqollinin komandası tsiklin son turu çərçivəsində baş tutan oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ansi də bu görüşün iştirakçısı olub. “Qarabağ”ın futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Aqollinin komandası seçmə mərhələni 13 xalla 3-cü pillədə başa vurub.