Ölkə futbolu
DÇ-2018-in 23 iştirakçısı bəllidi
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatı…
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha 4 komandanın adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, bunlar Uruqvay, Argentina, Kolumbiya və Panama yığmalarıdı. İlk üç komanda KONMEBOL zonası üzrə seçmə mərhələnin son turunda vəsiqəni təmin ediblər. Panama isə KONKAKAF zonası üzrə seçmə mərhələnin qalibləri arasında yer almaqla tarixində ilk dəfə mundial həyəcanı yaşamaq şansı qazanıb.
Qeyd edək ki, bu komandaların uğuru sayəsində DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 23-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa və Portuqaliya yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 9 iştirakçının da adına tezliklə aydınlıq gələcək.