Dünya futbolu
4 oyun, 3 darmadağın
Futbol üzrə Fransa çempionatında 12-ci tura yekun vurulu…
Futbol üzrə Fransa çempionatında 12-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Renn” “Bordo”nu qəbul edib. Bu görüşün taleyini 1 qol həll edib. Meydan sahibləri 3 xalı bayram edən tərəf olub.
Lider PSJ səfərdə “Anje” ilə qarşılaşıb və 3 xalı 5 cavabsız qolla qazanıb.
Son çempion “Monako” isə doğma divarlar arasında “Genqam”la üz-üzə gəlib və daha böyük hesabla qələbə qazanıb.
"Nant" "Tuluza"nı, "Trua" "Strasburq"u məğlub yola salıb. "Monpelye" – "Amyen" görüşündə isə qalib müəyyənləşməyib.
Son oyun günündə baş tutan oyunlar daha çox bol qollu alınması ilə diqqət çəkir. Marsel "Olimpik"i doğma meydanda "Kan"a 5 cavabsız qolla qalib gəlibsə, Lion "Olimpik"i də "Sent-Etyen"lə səfər görüşündə oxşar hesablı qələbəyə sevinib. "Lill" də "Mets" səfərində 3 xalı 3 qolla qazanıb.
Fransa Liqa 1
12-ci tur
3 noyabr
Renn – Bordo 1:0
Qol: Tulalan, 11-öz qapısına.
4 noyabr
Anje – PSJ 0:5
Qol: Mbappe, 5; 84. Kavani, 30; 60. Draksler, 14.
Monako – Genqam 6:0
Qol: Karilyo, 10; 78. Traore, 27; 76. Keyta, 36. Fabinyo, 45-pen.
Nant – Tuluza 2:1
Qol: Tomasson, 16. Sala, 67 – Blin, 60.
Monpelye – Amyen 1:1
Qol: Sio, 82 – Avelar, 88.
Trua – Strasburq 3:0
Qol: Suk, 48. Saif-Eddine, 55. Niane, 90.
5 noyabr
Nitsa – Dijon 1:0
Qol: Balotelli, 40-pen.
Mets – Lill 0:3
Qol: Pepe, 45-pen; 87. Bahluli, 67.
Olimpik (Marsel) – Kan 5:0
Qol: Qustavo, 43. Tauvin, 47; 81. Sanson, 52. Mitroğlu, 76.
Sent-Etyen – Olimpik (Lion) 0:5
Qol: Depay, 11. Fekir, 26; 84. Dias, 58. Traore, 65.