Ölkə futbolu
Denis Silva antirekorda şərik oldu
Topaz Premyer Liqasının 2017/18 mövsümündə ilk dəf?…
Topaz Premyer Liqasının 2017/18 mövsümündə ilk dəfə eyni oyunda iki avtoqol qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, bu, “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib. Qonaqların futbolçuları Denis Silva və Adrian Skarlatake hərəyə 1 dəfə öz qapısına qol vurub. Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Cənubi amerikalı 2010/11 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in forması ilə “Zirə” ilə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü avtoqolla Denis Azərbaycan çempionatları tarixinə ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidir.
Denisədək Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 avtoqola üzülmüşdü.