Bizi izləyin

Müsahibə

Diniyev “Kəpəz”də aranı qarışdıranları nişan verdi

Son vaxtlar “Kəpəz”lə bağlı söz-söhbətlər…

blank

Son vaxtlar “Kəpəz”lə bağlı söz-söhbətlər səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, əvvəlcə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu yol verdiyi hüquqi və maliyyə pozuntularına görə AFFA tərəfindən geri çağırıldı. Az sonra isə o, federasiyadakı Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra isə “sarı-göylər”in baş məşqçisi Şahin Diniyevin rəhbərlik tərəfindən istefaya göndəriləcəyi barədə xəbərlər yayıldı. Hətta onu əvəz edəcək məşqçilərin də adları açıqlandı.

Komanda.az məsələni aydınlaşdırmaq üçün Diniyevdən müsahibə alıb. 51 yaşlı mütəxəssis istefa xəbərləri ilə yanaşı, komandanın hazırkı vəziyyəti barədə bir çox mətləblərə aydınlıq gətirdi.

– Son vaxtlar mətbuatda sizin istefaya göndərilməyinizlə bağlı məlumatlar yayılıb…
– Bu barədə danışmışam. Yenə eyni şeyləri təkrarlamaq istəmirəm. Hamısı şayiədi, yalan söhbətlərdi.

– Klub rəhbərliyi mövsümün əvvəlində sizin qarşınıza hansı məqsədi qoymuşdu?
– Rəhbərlik tərəfindən qarşımıza hansısa məqsəd qoyulmamışdı. Ancaq biz özümüz Avropa Liqasına vəsiqəni hədəfləmişdik.

– Transferlər bu məqsədə uyğun edilmişdi?
– Xeyr, büdcəmizə uyğun transferlər etmişik. Özümüz bu məqsəd uğrunda mübarizə aparmağı qarşımıza hədəf kimi qoymuşduq. İndi də eyni məqsəd uğrunda mübarizə aparırıq. Son pillədə qərarlaşmağımıza baxmayaraq, hələ heç nə bitməyib.

– “Kəpəz” son 5 oyunda 6 xal qazanıb ki, bura iddialı “Qəbələ” ilə səfər oyunundakı qələbə də daxildi…
– Ümumiyyətlə, məsələnin kökünə baxsaq, qarşımızda əsas məsələnin yeni komandanın yaradılması olduğunu görərik. Həm də, biz 11 oyunun 9-nu səfərdə keçirmişik ki, bu da, gənclərdən ibarət komanda üzərində böyük bir təzyiq yaradırdı. Həmin 9 matçdan heç olmasa, 2-ni evdə keçirsəydik, daha çox xal toplayaraq, 4-5-ci pillələrdə qərarlaşa bilərdik. Belədə, komandada da özünəinam daha da artardı. Lakin həm yeni – gənc komandanın qurulması, həm də, oyunlarımızın demək olar, hamısını səfərdə keçirməyimiz indiki nəticələrə səbəb oldu. Səfərdə keçirdiyimiz bu 9 oyunda 7 xal toplamışıq. Bundan sonrakı oyunlarımızın çoxu evdə olacaq. Qarşıdakı 10 oyunumuzdan 7-8-ni evdə keçirəcəyik. Bu oyunlarda qazanılacaq bir qələbə çox şeyi dəyişəcək. 

– Rəhbərliklə mövsümün gedişində komandanın vəziyyəti ilə bağlı söhbətiniz olub?
– Əlbəttə, dəfələrlə danışmışıq. Hamı da hazırkı vəziyyəti başa düşür. Artıq ev oyunlarımızı doğma meydanda keçirməyə başladıqdan sonra hər şeyin daha yaxşı olacağını düşünürük. Sadəcə, bir az zamana ehtiyac var. Son qarşılaşmalar da komandanın oyununda yüksəliş olduğunu göstərdi. “Qarabağ”la son matçda da yaxşı çıxış etdik. Məncə, oyun varsa, nəticə də gec-tez özünü göstərəcək.

– Qarşıda 10 günlük fasilə var. Sizcə, bu fasilənin komandaya nə dərəcədə köməyi olacaq?
– Çox. Yeni yaranan komanda üçün hər günün xeyri var. Bu fasilə də futbolçuların bir-biriylə anlaşma səviyyəsinin yüksəlməsinə çox böyük kömək olacaq. Həm “İnter”lə səfər, həm də “Qarabağ”la ev oyunu göstərdi ki, komanda artıq tam oturuşmaq üzrədi. Hətta “Qarabağ”la oyunda ilk qolu biz vursaydıq, daha yaxşı nəticə qazana bilərdik.

– İstər maaşla bağlı, istərsə də istefaya göndəriləcəyinizlə bağlı iddialar olsun – sizcə, bunlar qəsdən yaradılmış söz-söhbətdi?
– Bəli, hətta yerini də deyə bilərəm. Gəncədən gələn məlumatlardı. Saytlar da bu məlumatları yoxlamadan verirlər. Heç olmasa, istefaya yollanandan və ya istefaya yollayandan bu barədə məlumat almaq, xəbəri dəqiqləşdirmək lazım idi. Təəssüf ki, çoxu bunu etmədi. Bu, komandanın içindən yox, kənardan, bəzi insanlar tərəfindən atılmış addımlardı.

– Kimlər olduğunu bilirsiz?
– Bəli, əlimin içi kimi bilirəm. Hətta bundan sonra hansı addımı atacaqlarını da bilirəm. Bu dəst-xətt, iş üslubuna baxanda, bəlli olur hardan gəlir.

– Bundan təxminən 12 il öncə, “Gəncə”də çalışdığınız zaman da belə hallar olmuşdu…
– Gəncədə belə şeylər həmişə olur. Burda həmişə təzyiq altında çalışmağa məcbur olursan. Bizim etməli olduğumuz əsas şey bu təzyiqlər qarşısında bərk dayanıb, nəticə göstərməkdi.

– Bu, eyni qüvvələrdi?
– Belə deyək, oxşar hadisələrdi.

– Komandada qış fasiləsi ilə bağlı planlar indidən qurulmağa başlanıb?
– Komandaya bu yaxınlarda iki yeni futbolçu daxil etdik. Hər ikisi hazırda ideal formasından uzaqdı. Bunlar Məhəmməd Qurbanov və Mansur Badı. Hər ikisi yaxşı futbolçulardı. İlyas Səfərzadə, İlkin Sadıqov, Tural Rzayev, Kamran Abdullazadə, Azər Məmmədov kimi oyunçular komandanın əsas üzvlərinə çevriliblər. Son vaxtlar bu futbolçuların oyununda irəliləyiş hiss olunur. Son oyunlar da sübut etdi ki, komandada yüksəliş var. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaraq, daha yüksək yerlərə qalxacağımıza inam var.

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-11 16:33

Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib

blank
Digər idman növləri2024-05-11 15:58

Azərbaycan cüdoçularından Avropa Kata turnirində bürünc medal

blank
Digər idman növləri2024-05-11 15:30

ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm