Dünya futbolu
Dadaşov dubl etdi, komandası qalib gəldi
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci…
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Lok Leyptsiq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Start heyətdə meydana çıxan Dadaşov sonadək oynayıb. Komandasının qələbəsində də Futbolçumuzun böyük payı olub. Belə ki, 28-ci dəqiqədə penaltidən hesabı açan Rüfət matçın 44-cü dəqiqəsində hesabı 2:0 edib.
"Dinamo" hazırda 29 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.