Ölkə futbolu
Elmir Vəliyev üçün zəruri qeydlər
“Kəpəz”in Müşahidə Şurasının noyabrın 18-də …
“Kəpəz”in Müşahidə Şurasının noyabrın 18-də keçirdiyi iclasın qərarları dünən açıqlandı. Çoxdandi bir araya gəlməyi lazım bilməyən, yalnız baş məşqçi Şahin Diniyev istefa verdikdən sonra buna məcbur olan şura üzvlərinin həqiqət nəyisə müzakirə etdidyini, yoxsa diqtə edilmiş tapşırıqları rəsmiləşdiyini bilmirik. Amma iş ondadı ki, qərarların özündə də natamamlıq var.
Məsələn, qeyd olunur ki, tədbirdə MŞ-nın sədri Elmir Vəliyev, üzvlər Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib. Davamında İslam bəyin həm də sədr müavini olacağı aydınlaşır. Lakin qovulan Mikayıl Nərimanoğlunun fəaliyyətinin qiymətləndirilməsinə dair bir cümlə də yoxdu. Niyə getdiyi, hara getdiyi, necə getdiyi – sanki heç belə biri olmayıb.
Tədbirdə həmçinin, Elnur Camalxanov yeni icraçı direktor kimi MŞ-nın üzvlərinə təqdim olunub. Növbəti qəribəlik – o, kimi əvəz edəcək? Yenə də sabiq icraçı director Cabir İbrahimov haqda heç nə yazılmayıb. Bu şəxsin postun uzaqlaşdırılması barədə rəsmi qərar da yoxdu. Halbuki bu təyinatdan əvvəl İbrahimovun postundan uzaqlaşdırılması barədə xəbər verilməliydi.
Elmir Vəliyev çıxışında bildirib ki, uşaq futbolunun inkişafı üçün arenanın ərazisində yardımçı meydançanın yenilənməsi istiqamətində işlər başlayıb. Yer hazır olan kimi süni örtük əraziyə döşənəcək və ideal durumu ilə seçiləcək meydan aşağı yaş qrupları da daxil olmaqla komandaların ixtiyarına veriləcək. Sədrin nəzərinə çatdıraq ki, “ideal durumu ilə seçiləcək meydan” ola bilməz. Çünki ora döşənəcək qazon 2 il “Dalğa Arena”da istifadə edilib və oradan sökülüb-gətirildikdən sonra da 2 il Gəncədə günün, yağışın altında qalıb.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”