Dünya futbolu
Mövsümün əvvəlində qovulmuşdu, yenidən Super Liqa klubuna qayıtdı
Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş mə…
Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, ötən gün Məsut Bakkalla yolları ayıran Super Liqa təmsilçisinin rəhbərliyi bu posta Ümit Özatı təyin edib. Bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib.
“Gənclərbirliyi” bu mövsümə məhz Özatın rəhbərliyi altında başlamışdı. Lakin uğursuz startın ardından Ümit istefa verincə, klub rəhbərliyi onun yerinə M.Bakkalı təyin etdi. “Gənclər”i Super Liqada 9 oyuna çıxaran Bakkal bu matçlarda 2 qələbə qazandı, 1 heç-heçə etdi, 6 oyunda isə məğlub oldu. Bu nəticələr rəhbərliyi qane etmədiyi üçün növbəti dəfə baş məşqçi dəyişikliyinə ehtiyac duyulub.
Prezident M.Cavcavın sözügedən dəyişikliklə bağlı dedikləri də maraqlıdı: “Vaxt itirə bilməzdik. Can dərdindəyik. M.Bakkalın özünün də dediyi kimi, bu transferləri o etməyib. Biz də bu transferləri həyata keçirən Ü.Özatı yenidən bu vəzifəyə gətirməyi doğru hesab etdik. Mövsümün əvvəlindəki toplanış da Ümitin rəhbərliyi altında gerçəkləşdiyinə görə, o, həm komandanı, həm transferləri, həm də klubu yaxşı tanıyır. Görüşdük, danışdıq və ən uyğun variantın bu olduğuna qərar verdik”.
“Gənclərbirliyi” 12 turdan sonra cəmi 8 xalla Super Liqanın aşkar autsayderidi.