Dünya futbolu
“İnter” darmadağınla zirvədə – VİDEOLAR
Futbol üzrə İtaliya çempionatında 15-ci tur həyəcanı…
Futbol üzrə İtaliya çempionatında 15-ci tur həyəcanı davam edir.
Futbolinfo.az xəbər verir ki, turun ilk oyununda “Roma” SPAL-ı qəbul edib. Bu, “canavarlar”ın “Qarabağ”la Çempionlar Lqiasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunundan öncə son sınağı idi. Paytaxt təmsilçisi bu sınaqdan qələbə ilə ayrılıb.
Günün digər qarşılaşmasında isə lider “Napoli” çempion “Yuventus”u qəbul edib. Neapollular bu görüşdə ilk məğlubiyyət acısını yaşayıblar.
İkinci oyun günündə bir görüş baş tutub. "Torino" doğma meydanda "Atalanta" ilə bərabərə qalıb.
Bazar günü "İnter" doğma divarlar arasında "Kyveo"nu darmadağın (5:0) edib. Luçano Spalletinin yetirmələri bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib.
İtaliya A Seriyası
15-ci tur
1 dekabr
Roma – SPAL 3:1
Qol: Dzeko, 19. Strotman, 32. Pelleqrini, 53 – Viviani, 56.
Napoli – Yuventus 0:1
Qol: İquayn, 13.
2 dekabr
Torino – Atalanta 1:1
Qol: Nkulu, 41 – İliçiç, 54.
3 dekabr
Benevento – Milan 2:2
Qol: Puşkas, 50. Brinyoli, 90+2 – Boneventura, 38. Kaliniç, 57.
Bolonya – Kalyari 1:1
Qol: Destro, 81 – Joao Pedro, 41.
Fiorentina – Sassuolo 3:0
Qol: Simeone, 33. Veretu, 42. Kyeza, 71.
İnter – Kyevo 5:0
Qol: Perişiç, 23; 57; 90+2. İkardi, 39. Şkriniar, 60.
Sampdoriya – Latsio 1:2
Qol: Zapata, 56 – Milinkoviç-Saviç, 80. Kaysedo, 90+1.
4 dekabr
22:00 Krotone – Udineze
00:00 Verona – Cenoa
–
–
–
–