Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: “İlin məşqçisi seçilməyin bir o qədər də arzusunda deyiləm”

Xəbər verdiyimiz kimi, Qurban Qurbanov Azərbaycanda ilin ən yaxş?…

blank

Xəbər verdiyimiz kimi, Qurban Qurbanov Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib. 

Futbolinfo.az xəbər verir ki, mükafatlandırma mərasimindən sonra o, jurnalistlərin suallarını cavablandırıb:

– Geridə qalan 2017-ci ilə barədə nə deyə bilərsiz?
– Çox ağır və yaddaqalan il oldu. Çempionluq, Azərbaycan Kubokunu qazanmaq öz yerində, amma azarkeşlərimiz xüsusilə son iki ildə Çempionlar Liqasında qrupa düşməyimizi çox istəyirdilər. Hətta bunu tələb edirdilər. Çox ağır oldu. Şükürlər olsun, illər sonra arzumuza çatdıq və Çempionlar Liqasının qrupuna düşə bildik. Mənimçün ilin yekunu ayın 15-də, “Sumqayıt”la kubok oyunundan sonra olacaq. Ümumi götürdükdə, bu il çempion olduq, kuboku qazandıq, ÇL-də qrupa düşdük, qış fasiləsinə lider kimi yollanmaq istəyirdik və bunu da bacardıq. İndi əsas fikrimiz kubokda növbəti mərhələyə yüksəlməkdi. Əgər bunu da bacarsaq, ili tam uğurlu keçirdiyimizi deyə bilərik. Xoş il oldu. Bəzən klub rəhbərliyində, məşqçidə, futbolçularda kiçik bir uğurdan sonra rahatlıq olur ki, növbəti mövsüm bacarmasaq da olar. Biz bunu özümüzdə hiss etmədik, belə bir şeyin baş verməsinin qarşısını aldıq. Ağır da olsa, yeni uğur əldə etməyi bacardıq. Buna görə də klub rəhbərliyinə, futbolçulara, bütün “Qarabağ”lılara təşəkkür edirəm. Ancaq yenə də bu, bizi rahatlaşdırmamalıdı. Hər dəfə ilin məşqçisi seçiləndən sonra da deyirəm ki, bu, məsuliyyətimi daha da artırır. Bu il bizi üzən Çempionlar Liqasında iki böyükl hesablı məğlubiyyət oldu. Belə olmasını istəməzdik. Ancaq futboldakı real vəziyyətə baxsaq, bunu da normal qarşılamaq lazımdı. İki komanda arasındakı mübarizədə istənilən hesab qeydə alına bilər. Azarkeşlərimiz də artıq belə şeylərə hazır olmalıdılar.

– 8-ci dəfə ölkədə ilin ən yaxşı məşqçisi seçildiniz və bu il Çempionlar Liqasının qrupunda komandanız 2 xal qazandı. Özünüz üçün müqayisə etdikdə hansı daha üstün görünür?
– Mən əslində belə şeylərə çox da önəm vermirəm. Yəni mənimçün olmasın, komanda, azarkeşlər üçün olsun. İlin məşqçisi seçilməyin bir o qədər də arzusunda deyiləm. Bir qədər əvvəlki çıxışımda da demək istəyirdim ki, haqqımda yazılarda çox da şişirdilməyimi istəmirəm. Belə şeylərin tərəfdarı deyiləm. Çox istəyirəm ki, daha çox “Qarabağ”, Azərbaycan futbolu haqda danışılsın, onlara tərif verilsin. Qrupda iki xal, bu cür komandaların Bakıya gəlməsi daha üstündü, nəinki ilin məşqçisi seçilməyim.

– Yığmanın baş məqşçisi kimi mətbuat konfransı keçirəcəyiniz deyilir. Bu il olacaq, yoxsa gələn ilə planlaşdırılır?
– Hələ dəqiqləşdirməmişik. Açığı, yığmanın baş məşqçisi olduğum açıqlansa da, hələ tam olaraq ayın 20-dən sonra işə başlayacağıq. Ona kimi yəqin ki, dəqiq deyə biləcəyik.

– Sizin gəlişinizlə millidə futbolçu seçimində obyektivlik olacağı və uzun müddətdir yığmadan kənar qalanların heyətə cəlb olunacağı gözlənilir. Rauf Əliyev, Rüfət Dadaşovun adı çəkilir. Onlar yığmaya dəvət ediləcəkmi?
– Hələlik bu barədə düşünməmişəm. Futbolçuları tanıyırıq, hər birinin potensialını bilirəm. Ancaq yanımda olmayanlara bələd deyiləm. Məsələn, Raufun nəyə qadir olduğunu bilirəm, amma elə oyunçu var ki, məlumatım azdı. Bunun üçün vaxt lazım olacaq. Ola bilər ki, ilk toplanışdan sonra dəyişiklik olsun və ya ona da bəzi futbolçular dəvət almasın. Bu, milli komandadı. Mən nə qədər işimə məsuliyyətlə yanaşıramsa, futbolçu ikiqat artıq məsuliyyətli olmalıdı. Bakı o qədər də böyük şəhər deyil. Hər yerdən məlumatımız var, tanıyırlar. Bütün futbolçuların hansı həyatı yaşadığını bilirik. Kim harda, necə olur, xəbərimiz var. Buna görə də bütün futbolçular tam layiq olmalıdı milliyə. Yəni təkcə futbolçu kimi yox, öz həyat tərzləriylə də doğru yolda olmalıdılar. Ola bilər ki, kimdənsə zəif olsun, amma öz vətəninə, millisinə daha çox layiq olanları yığmaya çağırmağa çalışacağıq. İndiyə qədər dəfələrlə problem yaşayan, yaxud bundan sonra problemi olacaq oyunçuları komandaya çağırmaq istəmirəm. Hamı bu məsuliyyəti dərk etməli və özünü yığmaya oynamağa hazırlamalı, layiq vəziyyətə gətirməlidi.

– Kamran Ağayevin kənarda qalacağını demək olar?
– Yox. Niyə ki? Ümumən dedim. Bundan sonra tam maraqlanmağa başlayacam futbolçularla. Bu məsələdə çox ciddi olacam. Çünki kollektivdə, nizam-intizam, birlik olmalıdı. Biz futbol oynamaq istəyiriksə, hamı futbolu düşünməlidi. Ələlxüsus da millidə. Bəzən görürsən ki, sözündə, müsahibəsində vətənpərvər, layiqli futbolçudu, ancaq tamam fərqli şeylər eşidirsən. Belə məsələlərə çox ciddi fikir verəcəm. Ola bilər ki, komandanı formalaşdırmaq üçün bizə azı 1, ya da 2 il lazım olsun.

– Bu sözlərdən sonra belə düşünmək olarmı ki, yığma Türkiyə millisinin keçmiş vaxtına dönəcək? Həmin zaman o komanda döyüşkən ruhda DÇ-də 3-cü olmuşdu…
– Türkiyə ilə biz fərqliyik. Səhv eləmirəmsə, 80 milyon əhalisi var. Orda futbolçu seçimi daha çoxdu, oyunçu tapmaq asandı, bizdə isə çətin. Ona görə fərqli yanaşacağıq. Amma bu hisslər olmasa, yaxşı komanda formalaşdırmaq çətin olacaq.

– Şenol Günəş amilinə görə deyirdik. Onunla görüşdə bunu müzakirə etmisizmi?
– Bu barədə söhbətimiz olmayıb. Amma mənim bir məşqçi kimi prinsiplərim bunlar olacaq.

– Toplanış zamanı yoxlama oyunu keçirmək üçün rəqib müətyyənləşibmi?
– Yox, hələ bilinmir. (Futbolpress)

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Digər idman növləri2024-05-09 13:17

Yığmamız Sloveniyaya yollandı

blank
Digər idman növləri2024-05-09 12:52

Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”

blank
Digər idman növləri2024-05-09 12:29

Millimizin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlandı

blank
Digər idman növləri2024-05-09 11:43

“Pley-offda yaxşı müdafiə olunan tərəf sonadək gedə bilər”

blank
Digər idman növləri2024-05-09 10:54

Güləşçilərimiz Dünya Olimpiya Təsnifat turnirində mübarizəyə başlayırlar

blank
Dünya futbolu2024-05-09 09:30

KL: Sonuncu finalçı bəlli olur

blank
Dünya futbolu2024-05-09 09:00

Avroliqada finalçılar müəyyənləşir

blank
Dünya futbolu2024-05-09 01:09

“Real” əzmkar qələbə ilə ÇL-in finalında!

blank
Dünya futbolu2024-05-09 00:13

“Trabzonspor” darmadağınla finalda

blank
Digər idman növləri2024-05-08 23:41

“Avropa Liqası gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”

blank
Dünya futbolu2024-05-08 23:00

Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

blank
Digər idman növləri2024-05-08 22:20

“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

blank
Digər idman növləri2024-05-08 21:44

Azərbaycan tennisçiləri Avropa birinciliyində iştirak edəcək

blank
Müsahibə2024-05-08 20:55

“Bir komanda ilə bu qədər qarşılaşmaq xoş deyil” – Rəşad Əzizli

blank
Ölkə futbolu2024-05-08 20:41

PFL, “YAŞAT” Fondu və “Badamlı” arasında müqavilə imzalandı

blank
Digər idman növləri2024-05-08 20:15

Cüdoçularımız Göygöldə beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-05-08 19:29

Azərbaycan güləşçilərinin Dünya Olimpiya Təsnifat turnirindəki rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-05-08 18:55

“Qəbələ” futbolçuları Gəncədə döyüldü

blank
Dünya futbolu2024-05-08 18:32

PSJ-dən ÇL-də antirekord

blank
Digər idman növləri2024-05-08 18:18

Mayami Azərbaycanı geridə qoydu

blank
I Liqa2024-05-08 17:50

İlk oyun qolsuz bitdi

blank
Ölkə futbolu2024-05-08 17:32

“Ağdaş”dan darmadağın

blank
Digər idman növləri2024-05-08 17:15

Bağlanış mərasimində Tom Kruz da olacaq

blank
Premyer-liqa2024-05-08 16:55

Premyer Liqanın 34-cü turu rəqəmlərin gözü ilə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm