Dünya futbolu
“Milan” darmadağın oldu, “Yuventus” qalib gəldi – VİDEOLAR
Futbol üzrə İtaliya çempionatında 17-ci tura yekun vuru…
Futbol üzrə İtaliya çempionatında 17-ci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun ilk matçında lider “İnter” “Udineze”ni qəbul edib. Milan təmsilçisi bu oyunda cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.
“Neradzurra”nın ən yaxın izləyicisi “Napoli” də ilk oyun günündə meydana çıxlb. Neapol təmsilçisi Turində “Torino”nun qonağı olub. Liderin xal itkisindən maksimum yararlanan "Napoli" zirvəni ələ keçirib.
Liderlər qrupunda qərarlaşan daha bir komanda – "Roma" da doğma meydanda "Kalyari" ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin çətin qələbəsiylə başa çatıb.
Çempion “Yuventus” isə bazar günü meydana çıxıb. Turin təmsilçisi səfərdə “Bolonya” ilə üz-üzə gəlib və darmadağına sevinib.
Yayda etdiyi səs-küylü transferlərə baxmayaraq, uğursuz çıxışı ilə seçilən "Milan" bu dəfə də biabırçı hesabla uduzub. Milanlıları bu dəfə "Verona" darmadağına məruz qoyub.
Altı qolun qeydə alındığı "Atalanta" – "Latsio" matçında isə qalib müəyyənləşməyib.
İtaliya A Seriyası
17-ci tur
16 dekabr
İnter – Udineze 1:3
Qol: İkardi, 15 – Lasanya, 14. De Paul, 61-pen. Barak, 77.
Torino – Napoli 1:3
Qol: Belotti, 63 – Kulibali, 4. Zelinski, 25. Hamşik, 30.
Roma – Kalyari 1:0
Qol: Fasio, 90+2.
17 dekabr
Verona – Milan 3:0
Qol: Karaççyolo, 24. Kin, 55. Bessa, 77.
Bolonya – Yuventus 0:3
Qol: Pyaniç, 27. Mandzukiç, 36. Matuidi, 64.
Krotone – Kyevo 1:0
Qol: Bidimir, 33.
Fiorentina – Cenoa 0:0
Sampdoriya – Sassuolo 0:1
Qol: Matri, 90.
Benevento – SPAL 1:2
Qol: Kremonesi, 59-öz qapısına – Flokkari, 64; 74.
Atalanta – Latsio 3:3
Qol: Kaldara, 19. İliçiç, 22; 50-pen – Saviç, 27; 35. Alberto, 79.
–
–
–