Ölkə futbolu
Yeni heyətdə köhnələrdən heç kim olmayacaq
Sabah AFFA İcraiyyə Komitəsinin növbəti, 2017-ci il ü&cc…
Sabah AFFA İcraiyyə Komitəsinin növbəti, 2017-ci il üçün sonuncu iclası baş tutacaq. Gündəlik açıqlanmasa da, əsas müzakirə mövzusu bəllidi.
Futbolinfo.az xəbər verir ki, əsas məsələ milli komandaların yeni baş məşqçilərinin təyinatının təsdiqlənməsi olacaq. Əsas millinin baş məşqçisi Qurban Qurbanovla yanaşı, digər komandaların sükançıları da rəsmən işə başlayacaqlar.
Bəri başdan deyək ki, milli komandalarda köhnə heyətdən kimsə olmayacaq. Hələlik adı açıqlanmayan köməkçi məşqçilər arasında da velələrinə rast gəlməyəcəyik. Mahmud Qurbanov, Vəli Qasımov, Təbriz Həsənov, Babək Alxasov kimi vaxtilə millilərdə çalışanlardan heç biri yeni heyətdə yer almayacaq. Qurbanov və onun istəyi ilə təyinat alanların hamısı yeni nəsil məşqçiləri olacaq.