Ölkə futbolu
“Qarabağ”ın daha bir rəqibi bəlli oldu
Mövsümün qalan hissəsinə Türkiyənin Antalya ş?…
Mövsümün qalan hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşacaq Azərbaycan çempionu “Qarabağ”ın yoxlama oyunu keçirəcəyi daha bir rəqibin adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu qonşu ölkədə Rusiyanın Birinci liqa təmsilçisi “Şinnik”lə də qarşılaşacaq. Bu barədə Yaroslavl təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən matç yanvarın 30-na nəzərdə tutulub.
“Qarabağ” Türkiyəyə yanvarın 9-da yollanacaq. Qurban Qurbanovun çalışdırdığı kollektiv qardaş ölkədə 5-6 yoxlama oyunu keçirməyi planlaşdırır. “Şinnik”ə qədər onlardan yalnız birində rəqibin kimliyi bəlli iid. Belə ki, yanvarın 20-də Ağdam klubu Polşanın “Lexiya” komandası ilə də üz-üzə gələcək.