Bizi izləyin

Müsahibə

“Bütün bunları dərhal yoluna qoymağımız mümkün deyil”

Bu gün “Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin …

blank

Bu gün “Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasdan sonra millinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil edilib:

– İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu simvolikdi, yoxsa təsadüf?
– Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq.

– Yoxlama oyunlarının Bakıdan kənarda keçirilməsini istərdinizmi? 
– Rayonlardakı stadionlara baxmaq lazımdı. O bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Bu, gələcəyin işidi.

– Millətlər Liqasına kimi neçə yoxlama görüşü nəzərdə tutulub? 
– Çox istərdim ki, oyunların sayı çox olsun. Mart və may ayına da toplanış planlaşdırılıb. Komanda tapmaq çətindi. Çalışacağıq ki, oyunların sayı çox olsun.

– Siz də milliləşdirmə siyasətini davam etdirəcəksiz? 
– Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik.

– Millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərə önəm verdiz? 
– Çətinlik çəkdik. Rəşad Sadıqovdan başlayım. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odu ki, hər birinin potensialını bilirik. Ola bilər ki, ağır, çətin olsun. Onların hər biri bu yaxınlarda inşallah, PRO kateqoriyasını alacaqlar. Zaur Həşimov mənim yanımda çox olub. Vüqar Məmmədovun illlərdi millilərdə təcrübəsi var.

– Millinin əvvəlki heyətində çox dəyişiklik olacaq? 
– Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər.

– Daha bir neçə köməkçiniz ola bilərmi? 
– Bəli, 1 v ya 2 yeni köməkçi də ola bilər.

– Oyunçu seçimi zamanı onun hansı çempionatda oynamasına fərq qoyacaqsız? 
– Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar.

– Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsüz? 
– Bu, böyük mövzudu. Bunlar mütləq olmalıdı. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu.

– Rauf Əliyevin 3-cü klubda oynaması üçün FİFA-ya müraciət etmək fikriniz varmı? 
– Mənə aid olmayan məsələdi. Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.

– Aşağı yaş qruplarında bir məşqçi olur və komandanın texniki bazası olmur. Bunlara diqqət ayrılacaqmı? 
– Hər sahənin öz mütəxəssisi var. Meydança ilə bağlı cavab verə bilərəm. Avropanın hər yerində süni örtüklü meydança var. Bundan get-gedə uzaqlaşmaq lazımdı. Meydança salmaq asan, saxlamaq çətindi. Təkcə ot örtüyündə məşq olsa, yenə yararsız hala düşəcək. Əlbəttə, müəyyən yaş həddi çatdıqdan sonra ot örtüyündə oynamaq vacibdi. Avropa komandaları səviyyəsində olmaq üçün onların standartları ilə getməliyik.

– Son günlər sizin qazancınızla bağlı yazılar dərc olundu. Bununla bağlı sizin fikirləriniz maraqlıdı…
– Burda məni pul maraqlandırmır. Futbolçu olanda da, heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq. Gəlib təkcə komandanı hazırlamaq ən asan yoldu. Futbol sahəsindəki bütün insanların keyfiyyəti yüksək olmalıdı. Özüm başda olmaqla, hamının sağlam olmasını istəyirəm. İşimə bu gün hər kəs tərəfindən yaxşı qiymət verilirsə, bunlar mənim üçün ən böyük dəyərdi.

– Elxan Məmmədov: Müqavilə imzalanacaq. Maliyyə baxımından maaş da olacaq. Ola bilər ki, məlumat verildi. Amma müqavilənin şərtlərindən asılıdı.

– U-16-nın baş məşqçisi nə vaxt bilinəcək?
– Hələ vaxtımız var. U-16-nı U-17-yə cəlb edəcəyik. Bu gün 21, 19 və 17 yaşlılar vacibdi. 18 və 16 yaşlılar üçün vaxtımız var. Ola bilər ki, maya kimi belə qalsın.

– Milliləşdirmə ilə bağlı problemlər var. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsizmi?
– Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidi. Onların ətrafında kimlər oynayır? Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Get-gedə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdi. Futbolçuları ən yaxşı səviyyəyə gətirə bilsək, bizim ən böyük nailiyyətimiz olacaq. Məsələn, “Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ leginer var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Bədavi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Digər oyunçuların da yaxşı inkişafı üçün ətrafdakılar sağlam olmalıdı.

– Rövnəq Abdullayev AÇ-2020-dən danışdı. AFFA rəhbərliyi sizdən nə tələb edib və sizin vədiniz nə olub?
– Mənim də prinsipim belədi ki, əlimizə düşən şansdan yararlanaq. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan yararlanmağa çalışacağıq. Bir çox klublarımız bizdən qat-qat üstün olublar. Amma bu gün onlar yoxdu. Çünki çox tez vaxtda uğur istəyiblər. Milli komandalarda hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupundan oyunçuları elə hazırlamalıyıq ki, onlar sabit qalsınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də futbolda düzgün formalaşdırmalıyıq. “Çelsi”nin akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da komandanı sevməlidi. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq.

– Deyilənə görə, əsas şərtlərinizdən biri o olub ki, Premyer Liqada komandaların sayı artırılsın. Ancaq Rövnəq müəllimin dediklərindən belə çıxır ki, yenə 8 komanda olacaq…
– Xeyr, belə demədi. Əvvəlki mövsümlərdən danışırdı. Mən də komandaların sayının artmasını istəyirəm. Amma komandalar çempionatı yarıda tərk edəcəksə, 1-ci divizionda alqı-satqı olacaqsa, elə klubların olmaması yaxşıdı. Bunu müzakirə edəcəyik. Görsək ki, 10 komanda hazırdı, bunu həyata keçirməyə çalışacağıq.

– Futbolçu süni meydançada yetişirsə, necə sağlam futboldan danışa bilərik?
– İllər keçdikcə süni meydanların sayı azalır. Aşağı yaş qrupunda futbolçu süni meydana görə zədələnmir. O, düzgün qidalanmır, düzgün məşq keçmir. Düzgün həkim varmı? Bütün bunlar dövlət səviyyəsində olmalıdı. Futbolçunu kim yetişdirməlidi? Yaxşı məşqçi, sağlam həkim.

– “Çelsi”nin bazasında neçə süni meydança var idi?
– “Çelsi”nin 32 məşq meydançası var. Bir üstüörtülü süni meydança var idi. 32 meydanın 28-dən istifadə olunurdu. Onlar da deyirlər ki problemlərimiz var. Bu gün onların da problemləri varsa… Bizim problemlərimiz arasında süni örtük də var. Bunun hamısını indi düzəltmək mümkün olan şey deyil. Burda maliyyə tərəfi də önəmlidi. AFFA neçə komandaya sponsorluq edir. Ancaq bir müəssisənin üzərinə güc düşməməlidi. UEFA da bu məsələyə diqqət ayırır. Onların da köməyi var.

– Elxan Məmmədov: Bir az obyektiv olmaq lazımdı. 2008-ci ildə cəmi 1 stadionumuz və məşq yerimiz var idi. İndi isə “Dalğa Arena” var. Qadınlar arasında dünya çempionatıı təşkil olunmuşdu. Orda süni meydançanı müvəqqəti qoymuşduq. Sonra onu dəyişdik. Ardından məşq meydançalarını artırdıq, bazanı inkişaf etdirdik. Kim deyirsə ki, sovet zamanında həmin stadion möhtəşəm idi, düz demir. “Baksell Arena”nı da düzəltdik. Klublarımıza gəlincə, “Neftçi”nin bazasında 3 təbii meydança salınıb. “Çelsi”nin bazasını da gəzmək imkanımız oldu. Çox bazada olmuşam, amma “Çelsi”nin bazası kimisini görməmişəm. Hətta meydançaları “Real”dan da çoxdu. Sumqayıtdakı meydança illər keçdikcə pisləşir. FİFA tərəfindən maliyyə əldə etmişik. Orda meydançalar salınacaq. Bir ildə 32 meydança tikə bilmərik. Bayılda gördüyünüz meydançanı 2 illik qurmuşduq. Burda başqa meydançalar da salmağı düşünürük. Yer məhdudiyyəti var. Addımımızı atanda reallıqla barışmalıyıq. İstəyirik ki, meydançalar artsın. Amma bu, bir gündə alınmır. Bəzi klublarımız o qədər yatırım etdilər. Xəbərlərdə görürəm ki, məhkəmədədilər. Təəssüflər olsun.

– Kamran Ağayev hazırda klubsuzdu və xasiyyətinə də bələdik. Rəşad Əzizlinin çıxışı da göz önündədi… 
– Eyni səviyyəli 3-4 qapıçımızın olmasını istərdim. Bütün oyunçulara baxılır. Rəşadı qapıçılar sırasında qeyd etmişəm. Səlahət və Anar uzun müddətli zədəlidi. Futbolçu seçimimiz azdı. 9-10 milyonluq ölkəyik. 80 milyonluq ölkələr belə, problem yaşayırlar. Rusiyanın üzdə olan 11 futbolçusu yoxdu. Kimin potensialı yüksəkdisə, ona şans veriləcək. Həmçinin millidə futbolçunun insani keyfiyyətləri çox önəmlidi. Yığmaya gələn hər kəs üçün nümunə olmalıdı. İlk görüşümüzdə də futbolçulara bunu deyəcəm. Hansısa vacib futbolçu bəzi davranışlarına görə millidən kənarda qala bilər.

– Millətlər Liqasında Ermənistan yığması ilə qarşılaşa bilərik… 
– Məncə, onlarla yalnız finalda düşə bilərik. Rəqibin kimliyindən asılı olmayaraq, bundan istifadə etməyə çalışacağıq.

– “Qarabağ”ın oyun sistemində hansısa dəyişiklik olacaqmı? 
– Bizim burda vaxtımız azdı. “Qarabağ” mənim öz komandamdı, daim bir yerdə oluruq. Millidə isə 4-5 dəfə toplaşırıq. Ümumi tələblər eyni olacaq. Dəyişiklik rəqiblərin kimliyinə görə dəyişəcək. “Qarabağ”la hələ il yarımlıq müqaviləm var. Biz bunun ətrafında müzakirə aparmamışıq. Hər iki yerdə işləmək çox çətindi. Amma bu etimadı doğrultmağa çalışmalıyam.

– Millinin kapitanı olan Rahid Əmirquliyevi oyun praktikasına görə başqa kluba icarəyə verə bilərsizmi? 
– “Qarabağ”ın prinsiplərindən əl çəkməli deyilik. Digər tərəfdən, milli üzvünün klubunda oynamasını istəyirəm. Heç bir futbolçuya ölkə xaricinə getməsinə mane olmarıq. Buna sevinərəm. Bir futbolçunu göndərəcəmsə, klubun maraqlarına görə edəcəm. Milliyə gəldikdən sonra da buranın maraqlarına uyğun qərar verəcəm. İcarəyə verdiyimiz oyunçular var. “Qarabağ”ın nəticəsinə mane olmayacaqsa, 1-2 futbolçunu icarəyə verə bilərik.

– “Qarabağ”ın U-19 komandasında oynayan Dedanın milliləşdirilməsi mümkündümü?
– Qışda görsək ki, özünü yaxşı tərəfdən göstərir, belə müraciət edə bilərik.

– Millidəki kapitan dəyişdirilə bilərmi?
– Rahid əxlaqı, davranışı ilə hamıya nümunədi. Çox istərdim ki, bütün futbolçular onun kimi davransın. O, nümunəvi insandı. Onun millidə kapitan olub-olmaması bu günün mövzusu deyil. İlk toplantıdan sonra çalışacağıq ədalətli qərarlar verək. Kapitanı ola bilsin ki, dəyişməyək, ola bilər ki, bir müddət sonra reallaşsın.

– Millidə hansısa mükafat sistemi olacaqmı?
– Hər hansı bir sistem olacaq. Rəhbərliklə bu barədə hələ görüşümüz olmayıb. İstəmirəm ki, verilən mükafat üzə çıxsın. Heç kimin qazancında gözüm yoxdu. Çalışırıq hər kəs layiq olduğunu əldə etsin.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-13 09:07

Şinyaşiki: “Het-trik hər zaman diqqəti cəlb edir”

blank
Ölkə futbolu2024-05-13 08:50

Lunyov “Rostov”a gedir?

blank
Ölkə futbolu2024-05-13 08:32

“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası

blank
Ölkə futbolu2024-05-13 08:15

Musa Qurbanlının oynamamasının səbəbi

blank
Ölkə futbolu2024-05-13 08:00

“Qəbələ” avrokubok mübarizəsini qarışdırdı

blank
Dünya futbolu2024-05-13 01:50

“Atletiko”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-13 01:33

PSJ doğma meydanda uduzdu

blank
Dünya futbolu2024-05-13 01:07

“Yuventus” autsayderlə də bacarmadı

blank
Dünya futbolu2024-05-13 00:51

“Bayer”dən darmadağın, “Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-13 00:33

“Arsenal” “Mançester Yunayted”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-13 00:06

Renat qol vurdu, Şahruddin 6 top buraxdı, liderlər qalib gəldilər

blank
Digər idman növləri2024-05-12 23:25

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-12 23:06

Azərbaycan çempionatında ilk medalçı bəlli oldu

blank
Premyer-liqa2024-05-12 22:47

“Futbolçular psixoloji olaraq çox yüklənib” – Samir Abasov

blank
Premyer-liqa2024-05-12 22:28

“Sumqayıt”dan daha yaxşı oynadıq” – Diniyev

blank
Premyer-liqa2024-05-12 22:09

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-12 21:47

“Qəbələ”də 250-ci oyun

blank
Premyer-liqa2024-05-12 21:26

“Sumqayıt” “Səbail”ə qalib gəldi

blank
Premyer-liqa2024-05-12 20:47

“Oyuna nəzarət edirdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm