Ölkə futbolu
Elxan Məmmədov, 47 oldu!
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından…
AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra federasiyanın baş katibi Elxan Məmmədov maraqlı açıqlama verdi. Növbəti dəfə jurnalistlərin başını aldatmağa cəhd edən katib yeni layihədən dəm vurdu.
Elxan bəy uşaq liqalarındakı problemlərdən danışarkən “Futbolinfo”da gedən yazıya işarə vuraraq guya çıxış yolunu göstərdi: “Qərar verildi ki, yanvarda komissiya yaradılsın və üzvlər mətbuat nümayəndələri olsun. Son iki ayda 43 texniki məğlubiyyət olub. Bunun 70 faizi qızların çempionatında olub”.
Məmmədovun nəzərinə çatdıraq ki, bu, ötən həftəyə olan statistika idi. AFFA İntizam Komitəsinin bugünkü qərarlarında sonra bu say bir qədər də artıb. İndi hesabda 47 texniki məğlubiyyət və çempionatdan qovulan 3 komanda var.
Texniki məğlubiyyət – 47
Yetərsay olmamasına görə – 15
İştirak etməməyə görə – 24
Lisenziyası olmayana görə – 6
Yaş limitinin pozulmasına görə – 2
Kənarlaşdırma – 3
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”