Bizi izləyin

Ölkə futbolu

Roman Qriqorçuk: “Üç “cəbhə”də oynamaq bizə çətin olardı”

Futbolinfo.az sizi “Qəbələ”nin baş məşqçisi R…

blank

Futbolinfo.az sizi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun müsahibəsi ilə tanış edir:

– “Qəbələ”nin legioner futbolçuları istirahət etmək üçün ölkələrinə yollansalar da, siz hələ də Bakıdasız. Qış fasiləsini Azərbaycanda keçirəcəksiz?
– Xeyr. Mən də yaxın günlərdə Bakını tərk edəcəm. İstirahət mütləq lazımdı. Amma Ukraynaya yox, isti ölkələrə yollanacam.

– Başa çatmaq üzrə olan 2017-ci ili “Qəbələ” üçün necə dəyərləndirirsiz?
– Müsbət dəyərləndirirəm. Yeni ili yaxşı əhval-ruhiyyədə qarşılayacağıq.

– “Qəbələ” ölkə kubokunda yarımfinala adladığı halda, yarışın son 3 ildəki qalibi “Qarabağ” mübarizəni erkən dayandırdı. Bunu sizin üçün üstünlük saymaq olarmı?
– Heç bir üstünlükdən söhbət gedə bilməz. Mübarizəni davam etdirən bütün komandalar kubokun qalibi olmaq istəyirlər. Düzdü, “Qarabağ” çox güclü rəqibdi. Amma onların yoxluğunda da ciddi mübarizə gedəcək.

– Hər halda, “Qəbələ” tarixində ilk ciddi titulunu qazanmaq üçün yaxşı imkan qazanıb…
– Mən belə deməzdim. Şans həmişə olub, indi də var. Ancaq bunu reallaşdırmaq çox çətin olacaq. Çünki yarımfinala adlayanların hamısı yaxşı komandalardı.

– Çempionatda isə qış fasiləsinə ikinci pillədə yollandınız. Bu nəticə ürəyinizcədi?
– Çempionatın gedişində çətin vəziyyətə düşsək də, o durumdan çıxmağı bacardıq. Son vaxtlar çox yaxşı futbol oynayırıq. Mən bundan razıyam. Təbii ki, Premyer Liqada daha yaxşı nəticəyə imza atmaq istəyirik.

– Dediyiniz kimi, komandanız son vaxtlar yaxşı futbol sərgiləyir. Çempionatda yaranan fasilə “Qəbələ”yə mənfi təsir göstərə bilərmi?
– Mən belə düşünmürəm. Əksinə, fasilənin yaranması yaxşıdı. Üzərində çalışmalı olduğumuz çox şey var. Fasilə ziyanımıza deyil.

– Ekiqo Ehiosundan başqa hansısa futbolçu “Qəbələ”dən göndəriləcək?
– İndi bu barədə dəqiq heç nə deyə bilmərəm. Danışıqlar gedir, belə variantlar mümkündü. Amma hələ konkret bir şey yoxdu.

– Bizdə olan məlumata görə, hücum xəttinə futbolçu istəyirsiz…
– Təkcə hücum yox, başqa mövqelərin də gücləndirilməsini həmişə istəmişəm (gülür). Amma kimləri gətirəcəyimiz seleksiya işindən asılı olacaq.

– Heyətin gücləndirilməsi baxımından konkret namizədlər varmı?
– Xeyr. Amma iş gedir. Sadəcə, açıqlaya biləcəyim konkret soyadlar yoxdu. 

– Əvvəlki 2 illə müqayisədə bu il Avropa Liqasının qrupunda oynamadınız. Bu, komandanın xeyrinə oldu, ya əksinə?
– Bu il də həmin uğuru təkrarlamaq istəyirdik. Düşünürəm ki, paralel olaraq 3 “cəbhə”də oynamaq bizə çətin olardı. Çünki komandaya yeni futbolçular gəlmişdi və onların adaptasiya prosesini tam keçməsi üçün vaxta ehtiyacları var idi.

– “Qəbələ”nin sabiq futbolçusu Araz Abdullayev Kiprin “Anortosis” klubunda özünü yaxşı tərəfdən göstərir. Onu əldən buraxdığınıza görə təəssüflənirsiz?
– Araza görə şadam. Ona inkişafını davam etdirməyi arzulayıram. İstərdim ki, Araz üçün hər şey yaxşı alınsın. Bu, Abdullayev üçün ideal variant idi. O, özünə Avropada komanda tapdı, mütəmadi oynayır və xoşbəxtdi. Mən də səmimi qəlbdən Araza uğur arzu edirəm.

– Abdullayevin hazırkı oyununu “Qəbələ”də göstərə bilməməsi nə ilə bağlı idi?
– Bunu indi müzakirə edə bilmərik. Çünki elə şeylər var ki, danışmaq doğru deyil. Belə alındı. Amma Arazın hazırkı durumuna görə sevinirəm. Çünki bir məşqçi kimi ona kömək etmək istəyirdim. Abdullayev özünü yaxşı tərəfdən göstərdiyi komandaya keçdi. Bu cür davam etsə, milli üçün daha faydalı oyunçuya çevriləcək.

– Həmyerliniz Yuri Maksimovun “Keşlə”nin baş məşqçisi postuna gətirilməsini necə qarşıladınız?
– Maksimov səviyyəli məşqçidi. Birmənalı şəkildə onun gəlişinin “Keşlə”nin və ümumilikdə Azərbaycan futbolunun xeyrinə olacağını düşünürəm. Futbolda proqnoz vermək düzgün deyil. Amma Maksimovun səviyyəsi yaxşı komanda formalaşdırmağa imkan verir. 

– Maraqlıdı, “Keşlə”nin təklifinə razılıq verməmişdən öncə sizinlə məsləhətləşdimi?
– Xeyr. Bu barədə mənə müraciət etməyib. Qərarı özü verib.

– Maksimovun gəlişindən sonra “Qəbələ” və “Keşlə” arasındakı oyunların prinsipiallığı artacaqmı? Hər halda, iki ukraynalı məşqçinin dueli maraqlı olacaq…
– Niyə prinsipiallıq artsın ki? Onsuz da, rəqibin kimliyindən asılı olmayaraq, bütün oyunlara ciddi yanaşırıq. Heç bir komandanı üstələmək asan deyil. Şadam ki, Azərbaycanda daha bir ukraynalı məşqçi çalışacaq. Amma bu mənim üçün əlavə prinsipiallıq yaratmır. Yalnız onu deyə bilərəm ki, “Keşlə”yə qalib gəlmək asan olmayacaq.

– Məşqçilik karyeranızda Maksimovla yollarınız çox kəsişib?
– Əlbəttə. Çünki ikimiz də Ukrayna çempionatında çalışmışıq.

– Aranızdakı sonuncu dueli xatırlayırsızmı? Kim üstün olmuşdu?
– Düzü, xatırlamıram (gülür). Dəqiq cavab vermək üçün statistikaya nəzər salmaq lazımdı. (Apasport.az)

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm