Ölkə futbolu
“Qəbələ”dən ayrıldı, “Neftçi”yə keçir
Azərbaycan milli komandasının qapıçısı Aqil Məmmədov &q…
Azərbaycan milli komandasının qapıçısı Aqil Məmmədov "Qəbələ"dən ayrılıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli "çərçivə qoruyucusu" bu gün "qırmızı-qaralar"la yollarını ayırıb.
Bu barədə məlumatı qolkiper özü də təsdiqləyib. O, klub rəhbərliyi ilə danışıq apardığını və qarşılıqlı razılıq əsasında komandadan ayrıldığını bildirib.
Məmmədovun yeni klubu isə "Neftçi" olacaq. O, yaxın günlərdə "ağ-qaralar"la ilyarımlıq müqavilə imzalayacaq.
Qeyd edək ki, Aqil Məmmədov "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da forma geyinib. (Futbol11.az)