Dünya futbolu
Harri Keyn Avropada rekord qoymadı
İngiltərənin “Tottenhem” klubunun hücumçusu…
İngiltərənin “Tottenhem” klubunun hücumçusu Harri Keyn rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 20-ci turunun “Sautqempton”la ev oyununda (5:2) het-trik edən hücumçu, çempionatda bir il ərzində ən çox qol vuran futbolçu olub. 24 yaşlı futbolçu “müqəddəslər”lə matçda bu il ərzində Premyer Liqada vurduğu qolların sayını 39-a çatdırıb. O, bu nəticə ilə 22 il öncə “Blekbern”in heyətində 36 qola imza atmış Alan Şirerin rekordunu qırıb.
Şirer bu nəticəyə 42 oyunda imza atmışdı. Keyn isə 36 matçda bu uğura nail olub.
İngiltərə millisinin hücumçusu həmçinin, “Barselona”nın futbolçusu Lionel Messinin builki 54 qolluq rekordunu da qırıb. “Sautqempton”la qarşılaşmada 2017-ci ildə vurduğu topların sayını 56-ya çatdıran Keyn, il ərzində ən çox qol vuran futbolçu olub.