Ölkə futbolu
“Səbail”də gürcü futbolçu – FOTO
Topaz Premyer Liqasının debütantı “Səbail” baxı?…
Topaz Premyer Liqasının debütantı “Səbail” baxışa yeni futbolçu çağırıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu gürcü futbolçu Nikolas Apakidzeni sınaqdan keçirir. O, bu gün Birinci Divizion təmsilçisi “Sabah”a qarşı yoxlama oyununda da iştirak edib. Baş məşqçi Samir Əliyev ona start heyətdə yer verib. 25 yaşlı müdafiəçinin komandadakı taleyi baş məşqçinin verəcəyi qərardan asılıdı.
Qeyd edək ki, Apakidze peşəkar karyerasına 2009-cu ildə Zuqdidi “Baiya”sında başlayıb. Üç mövsüm bu komandada çıxış etdikdən sonra 2012-ci ildə o, bu şəhərin eyniadlı komandasına – “Zuqdidi”yə üz tutub. 2014-cü ildə legioner həyatı yaşamağa qərar verən futbolçu Litvanın “Trakay” komandasına transfer olunub. 2015-ci ildə isə yenidən vətənə qayıtmalı olan Apakidze bu dəfə “Şukura” ilə müqavilə bağlayıb. İki mövsüm bu komanda ilə elitada çıxış edən Nikolas yayda 1-ci divizion təmsilçisi “Rustavi”yə keçib. Mövsümün geridə qalan hissəsində bu komandada 18 oyun keçirən müdafiəçi 1476 dəqiqə meydanda olub, 1 qol ilə yadda qalıb.
Apakidze Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb. Amma o, əsas milliyə düşə bilməyib.
Sonda onu da bildirək ki, “Sabah”la oyunda yeni transferlərdən Kərim Diniyev, Rahil Məmmədov və Aqşin Qurbanlı “Səbail”də debüt ediblər.