Ölkə futbolu
Dario Federiko yenidən “Kəpəz”də – Özü açıqladı
Braziliyalı futbolçu Dario Frederikonun "Kəpəz"ə …
Braziliyalı futbolçu Dario Frederikonun "Kəpəz"ə qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Futbolinfo.az xəbər verir ki, “sambaçı”nın yaxın günlərdə "sarı-göylər"lə müqavilə imzalayacağı iddia edilir.
26 yaşlı hücumçu məsələ ilə bağlı açıqlama verib. O, "Kəpəz"ə keçidinin reallaşmaq üzrə olduğunu bildirib: “Bəli, "Kəpəz"dən təklif almışam. Klubla müqavilə imzalamağım real məsələdir".
Məlumata görə, Dario Gəncə klubu ilə mövsümün sonunadək sözləşmə imzalayacaq.
Qeyd edək ki, Dario 2015-17-ci illərdə "Kəpəz"də çıxış edib. O, klubun heyətində keçirdiyi 34 oyunda 7 qola imza atıb. (Futbol11)