Ölkə futbolu
“Sumqayıt” liderə qalib gəldi
Çempionatın 3-cü dövrəsi üçün haz?…
Çempionatın 3-cü dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Samir Abasovun yetirmələri Sumqayıtda Birinci Divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıb. Qarşılaşmada "kimyaçılar" 3:0 hesablı qələbə qazanıb. "Sumqayıt"ın qollarına Azər Salahlı, Amil Yunanov və Camal Camalov imza atıb.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.