Dünya futbolu
“Çelsi” penaltilərlə mərhələ adladı
Futbol üzrə İngiltərə Federasiya Kubokunda üç&uum…
Futbol üzrə İngiltərə Federasiya Kubokunda üçüncü təsnifat mərhələsinin təkrar oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, reqlamentə əsasən ilk oyunlarda qalibi müəyyənləşdirə bilməyən kollektivlər cavab görüşündə üz-üzə gəlirlər.
İlk oyun günündə beş belə qarşılaşma baş tutub. Təkrar oyunlar nəticəsində “Lester”, “Kardiff Siti”, “Şeffild Uensdey”, “Ridinq” və “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazanıb.
Son gündə daha üç görüş baş tutub. "Suonsi Siti" evdə "Vulverhempton"a, "Uiqan" isə "Bornmut"a qalib gələrək, növbəti mərhələyə yüksəlib. Son İngiltərə çempionu "Çelsi" isə səfərdə qol vura bilmədiyi "Norviç"lə doğma meydanda da çətinliklə bacarıb. Matçın əsas və əlavə vaxtında rəqibinə qalib gəlməyi bacarmayan "zadəganlar" istəklərinə yalnız penalti seriyasında çatıblar.
İngiltərə Federasiya Kuboku
Üçüncü təsnifat mərhələsi (təkrar oyunlar)
16 yanvar
Lester – Flitvud Taun 2:0 (ilk oyun 0:0)
Mansfild Taun – Kardiff Siti 1:4 (0:0)
Şeffild Uensdey – Karlayl Yunayted 2:0 (0:0)
Vest Hem – Şrusberi Taun 1:0 (0:0)
Ridinq – Stiveneyc 3:0 (0:0)
17 yanvar
Çelsi – Norviç Siti 1:1 (0:0) (penaltilər 5:3)
Suonsi Siti – Vulverhempton 2:1 (0:0)
Uiqan – Bornmut 3:0 (2:2)