Ölkə futbolu
“Kəpəz” də Türkiyəyə getdi
Topaz Premyer Liqasının daha bir təmsilçisi Türkiyəyə…
Topaz Premyer Liqasının daha bir təmsilçisi Türkiyəyə təlim-məşq toplanışına yollanıb.
Futbolinfo.az xəbər verir ki, ötən gecə “Kəpəz” də hazırlığın əsas mərhələsini keçirəcəyi Antalyaya yollanıb.
Yanvarın 4-də istirahətdən qayıdan, sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçən gəncəlilər ayın 7-dən Bakıda məşqlərə başlamışdılar. Yunis Hüseynovun çalışdırdığı komanda bu gündən etibarən fevralın 2-dək qardaş ölkədə təlim-məşq toplanışında olacaq.
Gəncə təmsilçisi burada 4 yoxlama oyunu keçirməyi planlaşdırır. “Kəpəz” yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-də “Yagelloniya” (Belostok, Polşa) və 31-də “Spartak”la (Subotiça, Serbiya) görüşəcək.
Xatırladaq ki, “Kəpəz”dən öncə "Qəbələ", "Qarabağ" və "Neftçi" Türkiyəyə hazırlığa yollanıb. "Sumqayıt", "Keşlə", "Zirə" və "Səbail" da toplanış üçün Antalyaya gedəcək.
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Digər2024-05-13 16:45
“Poz-Qazan” tarixində bənzərsiz uduşlu yeni “Prestij” lotereyası satışda