Ölkə futbolu
Millimizin kapitanı: “Heç-heçə seriyasını dayandıracağıq”
Avropa çempionatının final mərhələsinə hazırlaşan Azər…
Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisi dünən İran yığması ilə yoldaşlıq oyunu keçirdi. Qarşılaşma yenə 3:3 hesabı ilə başa çatdı.
Futbolinfo.az xəbər verir ki, oyundan sonra millinin kapitanı Rizvan Fərzəliyev federasiyanın mətbuat xidmətinə açıqlama verib:
“Yoxlama oyunu idi. İran millisinə təşəkkür edirik ki, dəvətimizi qəbul edib Bakıya gəldilər. Bizim üçün əsas göstərici Avropa çempionatı olacaq. Bu iki oyun isə AÇ-yə hazırlığımızı yoxlamaq baxımından vacib qarşılaşmalardı. Uğurlu oyun alındı. Şanslar bərabərdi. Düzdü, ilk dəqiqələrdə həyəcan var idi. Bu da tam formalaşmamağımızdan irəli gəlirdi”.
Kapitan xüsusilə birinci hissədə buraxılan səhvlərə bu cür izah verdi:
“Yanvarın 18-dən etibarən tam heyətlə məşq edirik. Çünki bir neçə futzalçımız ölkədən xaricdə çıxış edir və onlar dediyim tarixdə komandaya qoşuldular. Bu da istər-istəməz oyunumuza təsirini göstərdi. İkinci oyundan və qalan günlərdən maksimum istifadə edib, Avropa çempionatına tam hazır şəkildə yollanacağıq”.
Təcrübəli futzalçı növbəti oyunda “3:3” ənənəsini sındırmağa çalışacaqlarını da əlavə edib:
“Bu dəfə qələbə qazanmaq üçün mübarizə aparacağıq. İlk oyunu izləyəcəyik, səhvlərdən nəticə çıxarıb, 3:3 hesablı heç-heçə seriyasını dayandıracağıq”.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”