Bizi izləyin

Ölkə futbolu

Rəşad Sadıqovla peşəkarlıq müzakirəsi

Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov…

blank
Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanla 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, oyunu şərh edib, eyni zamanda bizim qapıya “papaq atıb”.
 
“Futbolinfo”da gedən, U-21 millimizin Albaniya U-20-ə uduzması haqda yazıya işarə edən Rəşad bunları deyib: “Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər – 1997/98-ci il təvəllüdlü uşaqlar meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdu. Məlumat olaraq deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu, artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu, artıq U-20 deyil. Digər tərəfdən, məşqçinin öz seçimidi  və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram. Yoldaşlıq oyunudu, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə, görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim”.
 
Sadıqovun manevri xoşuma gəldi – mətbuata (əsasən də bizə – müəl.) iradını çatdırır, “ağıl öyrədir” və sonda Albaniya mətbuatını hədəf göstərirmiş kimi davranır. Əhsən, əla taktiki gedişdi. Lakin…
 
…Sadıqov unutmasın ki, bu xəbəri alban mətbuatı yox, Albaniya Futbol Federasiyasının rəsmi saytı yazmışdı. Bu məqamda rəqibin deyil, Rəşadın dedikləri bizim üçün daha vacibdi. Sadıqovun peşəkarlığına, dürüstlüyünə, vətənpərvərliyinə, bacarığına qətiyyən şübhə etmirik. Bununla belə, ortada doğru olmayan nəsə var və bunu dəqiqləşdirmək üçün havaya danışmaq lazım deyil, 25-də növbəti dəfə üz-üzə gələcəyiniz albanlardan hesab sormaq lazımdı.
 
U-21-in Antalyada təlim-məşq toplanışını davam edir. Sadıqov ilk sınaq matçlarındaca bir canlanmaya nail olub, iddialıdır, yeni sistem gətirir, üzərində çalışır. Qısa müddətdə bunu etmək mümkün deyil, zamana ehtiyac var. İşin daha çətin tərəfi isə 10 ildə məhv edilmiş bir komandanı qəbul etməsidi. Özü də etiraf edir ki, istedadlar var, qalır doğru işləmək.
 
Sadıqovun mətbuata diqqət ayırmasını, hər nüansa peşəkar yanaşmaq istəməsini, səmimiyyətini, mətbuata açıq olmasını alqışlayırıq. Gələcəkdə də belə olacağına şübhə etmirik. Amma “qeyri-peşəkarlıq” məsələsinə gəlincə, daha ağıllı davranmalıdı. Millilərlə bağlı peşəkarlığı ilk növbədə AFFA rəsmiləri etməlidi. Mətbuatın yalan yazdığını sübut etmək üçün oyunun protokolunu üzə çıxarmaq və ya AFFA-nın beynəlxalq yoldaşlıq oyunu üçün bağladığı müqaviləni təqdim etmək kifayətdi. Bunu edə bilmirsizsə, deməli, qeyri-peşəkarları Nobel prospektində, bir də öz düşərgənizdə axtarmalısız.
 
Rəşad jurnalistlər üçün əlçatan simadı. Bernard Lipperti tapmaq üçün bir həftə AFFA-nın qapısında gözləməlisən, açıqlama almaq üçünsə hətta baş katib Elxan Məmmədovdan icazə almalısan. Sadıqov isə hətta telefon vasitəsi ilə də müsahibə verəcək birisidi. Lippertin vəzifəsi millilərdə sistem qurmaq olmayıb, dəstəkçilərinin buyruqlarını yerinə yetirib. İndi də Sadıqov xarizması qarşısında qeyri-peşəkarlıqları üzə çıxmağa başlayır…
 
Təşkilatı işləri AFFA görür. Danışıqlar, müqavilələr, yaradılan şərait elə olmalıdır ki, baş məşqçinin biliyi ancaq qeyd etdiyi yeni sistemin oturuşmasına sərf edilsin. Albaniya FF-nin rəsmi saytı məlumatı yayan kimi, federasiya məmurları dərhal buna reaksiya göstərməliydi. Əks tərəfə rəsmi məktubla, mətbuata açıqlama ilə dərhal məsələlərə aydınlıq gələcəkdi. Peşəkarlıq budur, jurnalistə mətbuatla cavab vermək yox.
 
Belə məsələlərə baş məşqçinin başı qatılmamalıdır. Yoxsa gətirəcəyi yeni sistemə vaxt yetməz. Bu tipli qeyri-peşəkarlığın yükünü Sadıqov öz üzərinə götürəcəksə, federasiya məmurlarına nə ehtiyac var? Heç şübhəmiz yoxdu ki, Rəşad daxildə öz iradlarını bildirib, belə halların baş verməməsini tələb edib. Qeyri-peşəkarlıq istənilmirsə, belə də olmalıdır.
 
Millilərdə məşqçilər korpusu dəyişib, amma millilərlə məşğul olan, cavabdehlik daşıyan AFFA məmurlarının beyinləri dəyişməyib. Qeyri-peşəkarlığın davam etməməsi üçün ya onlar peşəkarlaşmalıdı, ya da yeni sistem ilk növbədə idarəçilkdə tətbiqini tapmalıdı. Əksi olacaqsa, qeyri-peşəkarlıqlara hələ çox rastlaşılacaq.
 
Meydanda yeni sistemin yaradılması üçün ilk növbədə yeni tələblərə cavab verən idarəçilik sisteminin yaradılması mütləqdir. Təklif vermişik, bir daha xatırladırıq: milli komandalarla bağlı, yeni gələn məşqçilərin ruhuna, xarizmasına, tələbkarlığına uyğun departament yaradılmalıdır. Sadıqov kimi iddialı, xarizması olan peşəkarlar meydandan kənar işləri peşəkarcasına yoluna qoymalıdır. Baş məşqçilər belə qeyri-peşəkarlıqla yüklənib mətbuat önünə çıxmamalıdır. Millilər Antalyada məşq, yoxlama oyunları keçirdiyi vaxtda AFFA rəsmiləri nə iş görür?
 
Milli komandaların meneceri Riad Rəfiyev oyunçu transferi ilə, Namiq Ələsgərovu “Jilina”ya aparıb, pul qazanmaqla məşğuldu. Qeyri-peşəkarlıq budur. Millilərdə futbolçulardan pul tutan rəsmilər deyil, Sadıqov kimi Azərbaycan futbolunu düşünənlər olmalıdır. Belə olmasa, qeyri-peşəkarlıqlar hələ çox davam edəcək.
 
Azərbaycan mətbuatı nə etməlidi ki? Albaniya FF-in rəsmi saytı ilə AFFA-nın rəsmi saytının yazdığı fərqlidi – bunu qabartmışıq. Albanların səhv yazdığını sübut etməyiniz üçün rəsmi müqaviləni, heç olmasa, oyunun protokolunu mətbuata açıqlamağınız kifayət idi. Bunu istəmişiksə, təmin edə bilməmisizsə, qeyri-peşəkar kimdi?
 
Əzizim Rəşad, bəli, bizdə də qeyri-peşəkarlıqlar olur. Amma bu, özünü albanların xəbərini istinadla paylaşanda büruzə vermir. Azərbaycan naminə, milli komanda naminə, xidmətlərə hörmət naminə “Qarabağ”ın kapitanının səhər U-21-in məşqində, axşam klubunun oyununda meydana çıxmasına göz yumanda qeyri-peşəkar oluruq…
 
FƏRİD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-12 20:01

“Çoxlu səhvlərə yol verdik” – Renduliç

blank
Premyer-liqa2024-05-12 19:48

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-05-12 19:30

“Sumqayıt” “Səbail”ə qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-05-12 19:21

Ertuğrul Sağlam yenidən Ramil Şeydayevin komandasında

blank
Premyer-liqa2024-05-12 18:58

“Qəbələ” “Sabah”a da qalib gəldi

blank
Dünya futbolu2024-05-12 18:00

Şeydayevin komandası baş məşqçisi ilə vidalaşdı

blank
Digər idman növləri2024-05-12 17:27

Qazi parakarateçilər ilk dəfə AÇ-də qızıl və gümüş medallar qazanıblar

blank
Digər idman növləri2024-05-12 16:54

Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazandı

blank
Milli komanda2024-05-12 15:31

Millimiz iki yoldaşlıq görüşü keçirəcək

blank
Digər idman növləri2024-05-12 15:00

Muradlı Avstriyada qalib oldu, Məmmədyarov üçüncü yeri tutdu

blank
Dünya futbolu2024-05-12 14:33

“Real” rekordunu təkrarladı

blank
Dünya futbolu2024-05-12 14:00

Səudiyyə Ərəbistanında çempion bəlli oldu

blank
Dünya futbolu2024-05-12 13:28

Messinin 11 oyunluq seriyası başa çatdı

blank
Digər idman növləri2024-05-12 13:00

Təbriz klubundan növbəti qələbə

blank
Dünya futbolu2024-05-12 12:44

Hüseynovlu “Arda”dan əzmkar qələbə

blank
Digər idman növləri2024-05-12 12:26

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq

blank
Digər idman növləri2024-05-12 12:00

“Ümid edirəm finalda yaxşı oyun sərgiləyəcəyik”

blank
Digər idman növləri2024-05-12 11:29

Azərbaycanın daha dörd cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-12 11:00

Qadın güləşi tarixində ilk: “Allaha şükür edirəm”

blank
Ölkə futbolu2024-05-12 10:36

Mahir Xorvatiya çempionu oldu

blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm