Ölkə futbolu
Millimizin rəqibi Antalyaya yola düşdü
Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Moldova yı?…
Azərbaycan millisi ilə yoxlama oyunu keçirəcək Moldova yığması ölkə daxilindəki təlim-məşq toplanışını başa vurub.
Futbolinfo.az Moldova mətbuatına istinadən xəbər verir ki, millimizin rəqibi bu gün Türkiyəyə yola düşüb. Aleksandr Spiridonun baş məşqçisi olduğu komanda qardaş ölkədə 2 yoxlama görüşü keçirəcək. Moldovalıları yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan yığması ilə sınaq gözləyir.
Qeyd edək ki, Spiridon Moldova yığmasına 23 futbolçu dəvət edib.