Ölkə futbolu
“Kəpəz” Cənubi Koreya klubuna qalib gəldi
Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu …
Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi Cənubi Koreyanın “Daejeon Citizen” klubunu sınağa çəkib. “Kəpəz” bu qarşılaşmada minimal hesabla qalib gəlib. Yeganə qolu rəqib qapısından İlkin Sadıqov keçirib.
Bu, Yunis Hüseynovun yetirmələrinin Türkiyədə 2-cı sınağı olub. “Sarı-göylər” ilk yoxlama oyununda Rumıniyanın “Vitorul” klubuyla heç-heçə etmişdi – 1:1.
Yoxlama oyunu
25 yanvar
Kəpəz – Daejeon Citizen 1:0