Ölkə futbolu
“Jilina” Ələsgərovdan vaz keçməyib
Slovakiyanın “Jilina” klubunun idman direktoru Karol Bela…
Slovakiyanın “Jilina” klubunun idman direktoru Karol Belanik “Neftçi”nin futbolçusu Namiq Ələsgərovdan danışıb. Futbolinfo.az-a açıqlama verən klub rəsmisi Azərbaycan millisinin üzvünün Slovakiya klubuna keçidinin niyə baş tutmamasını şərh edib.
Belanik Namiqi transfer etmək ehtimallarının hələ də qaldığını deyib: “Namiqin komandamıza transferi hələ də gündəm olaraq qalır. Bu məsələ ilə bağlı daha sonra danışacağıq. Mətbuatda yazılanlar isə doğru deyil. Transferindən gələn gəlirin 80 faizini istəməyimiz də düzgün deyil”.