Ölkə futbolu
Sağlamlı “Traktorsazi” darmadağınla qalib gəldi
Futbol üzrə İran çempionatında 22-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Təbrizin “Traktorsazi” klubu səfərdə “Padideh” ilə qarşılaşıb. Qarşılaşma təbrizlilərin inamlı qələbəsi ilə başa çatıb – 3:0. Bu, “qırmızı qurdlar”ın baş məşqçisi təyin edilən türkiyəli Ərtoğrul Sağlamın rəhbərliyi altındakı ikinci oyunda ilk qələbəsidi.
Xatırladaq ki, bir gün öncə Cənubi Azərbaycanın digər təmsilçisi “Göstəriş” də doğma meydanda “Siah Jameqan”la heç-heçəyə razılaşmışdı – 0:0.
“Göstəriş” hazırda 30 xalla 16 klub arasında 7-ci, “Traktorsazi” isə 25 xalla 10-cu pillədə qərarlaşıb.