Ölkə futbolu
“Səbail”in futbolçusu rəsmən Rumıniya klubunda
“Səbail”in bu qış yollarını ayırdığı rumıniyalı…
“Səbail”in bu qış yollarını ayırdığı rumıniyalı hücumçu Aleksandru Popoviçinin yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, o, ölkəsinin “Poli Timisoara” komandasına transfer olunub. Xeyli müddət idi bu klubun düşərgəsində baxışda olan futbolçu nəhayət köhnə-yeni komandası ilə münasibətlərini rəsmiləşdirib.
Qeyd edək ki, Popoviçi karyerasının əsas hissəsini məhz “Poli Timisoara” klubunda keçirib. Bir sözlə, Aleksandru, doğma klubuna qayıdıb.
Bu münasibətlə “Səbail” də sabiq futbolçusuna uğurlar arzulayıb, ona təşəkkür edilib.