Ölkə futbolu
“Neftçi” daha bir yoxlama oyunu keçirəcək
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qar…
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində qarşılaşacağı “Kəpəz” klubu ilə oyunun hazırlığını davam etdirən “Neftçi” daha bir yoxlama oyunu keçirəcək.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda fevralın 5-də “Sabah” klubu ilə qarşılaşacaq. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olacaq görüş saat 15:00-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” – “Kəpəz” matçı fevralın 11-də “Bakcell Arena”da keçiriləcək.